İsrail ordusunun Qəzza zolağına intensiv hücumları nəticəsində həlak olan Birləşmiş Millətlər Təşkilatı (BMT) personalının sayının 104-ə yüksəldiyi bildirilib.
Elchi.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər Təşkilatından (UNRWA) verilən açıqlamada, İsrailin Qəzzanın şimalında həyata keçirdiyi hava hücumun da daha bir BMT əməkdaşının həyatını itirdiyi bildirilib.
Açıqlamada, İsrailin oktyabrın 7-dən bu yana Qəzzaya qarşı hücumlarında həlak olan BMT personalının sayının 104-ə yüksəldiyi və bunun BMT tarixində qarşıdurmalarda ölən ən yüksək personal olduğu bildirilib.
Nuranə Məmmədova