Qəzzada Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində indiyədək Qəzzada 6 min 546 nəfərin öldüyünü, 17 min 439 nəfərin isə yaralandığını açıqlayıb.
Elchi.az xəbər verir ki, Qəzzada Səhiyyə Nazirliyi İsrailin mülki şəxslərə hücumları nəticəsində qeydə alınan itki və xəsarətlərlə bağlı son məlumatları paylaşıb.
Buna görə indiyədək bu hücumlarda 2 min 704-ü uşaq və 1584-ü qadın olmaqla 6 min 546 mülki şəxs həyatını itirib.
İsrailin hücumlarında 17 min 439 nəfər yaralanıb.
Şayəstə Hüseynova