İsrail ordusu blokadada olan Qəzza zolağına oktyabrın 7-dən bəri ən şiddətli hava zərbələrini həyata keçirir.
Elchi.az xəbər verir ki, bombardman nəticəsində bölgədə internet və telefon əlaqəsi tamamilə kəsilib.
İsrail ordusu blokadada olan Qəzza zolağına oktyabrın 7-dən bəri ən şiddətli hava zərbələrini həyata keçirir.
İsrail ordusu təxminən 2,3 milyon fələstinlinin yaşadığı Qəzza zolağını 21 gündür gecə-gündüz bombalayır.
İsrailin Qəzzanın hər bölgəsini hədəf alan hücumları bu gün axşam saatlarında bölgənin şimalında intensivləşib.
İsrail ordusu ilk olaraq axşam saatlarında haubitsa hücumları ilə Qəzzanın şimalındakı Beyt Hanun bölgəsinə intensiv hücumlar həyata keçirib.
Nuranə Məmmədova