Qəzza zolağındakı münaqişə özünəməxsusdur, çünki insanlar İsrailin blokadasında qalıb və qaça bilmirlər. Elchi.az “CNN”-yə istinadən xəbər verir ki, bunu BMT-nin Uşaq Fondunun icraçı direktoru Ketrin Rassel deyib.
, aydınlaşdırdı ki, Aknlavada insanların su və yemək imkanı yoxdur. “Bir çox yerlərdə insanlar gedə bilər, amma burada blokadaya görə gedə bilmirlər. Onlar sadəcə tələyə düşmüşdülər” – deyə o bildirib.
Qeyd edək ki, bundan əvvəl Fələstin prezidenti Mahmud Abbas Qəzza zolağına endirilən zərbəni İsrail tərəfindən hərbi qırğın adlandırıb.
Oktyabrın 7-də səhər saatlarında İsrail ordusu Qəzza zolağından olan fələstinli radikalların İsrail ərazisinə raket zərbələri endiriblər. Raket hücumlarına cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzzada hərbi əməliyyata başladığını elan edib.
Havar Şəfiyeva