Qətlə yetirilən azərbaycanlı şairənin bacısı da güllələndi

53

Sentyabrın 23-ü gecə saatlarında Kərəc şəhərinin “Erəm” bulvarında keçirilən dinc etiraz aksiyası zamanı təhlükəsizlik qüvvələri tərəfindən güllələnərək öldürülən gənc azərbaycanlı şairə və ədəbiyyatçı Hədis Nəcəfinin 40 mərasimində qanlı hadisə baş verib.
Elchi.az xəbər verir ki, hadisə zamanı Hədis Nəcəfinin bacısı Şirin Nəcəfi güllə yarası alıb.
Ailəyə yaxın mənbənin məlumatına görə, təhlükəsizlik qüvvələri 40 mərasimində Hədisin ailəsinə hücum edərək, onun anası və bacısını döyüblər. Hadisə zamanı Şirin Nəcəfi gülə yarası alıb. Güllə onun gözünün altına dəyib.