HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları İsrail ordusunun Qəzza zolağına atdığı iki partlamamış raketdən istifadə edərək 5 tankı məhv etdiklərini açıqlayıb.
İsrailin Qəzza zolağına hücumları 78-ci gündür davam edərkən, HƏMAS -ın müqaviməti davam edir.
Elchi.az xəbər verir ki,HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları tərəfindən Telegram-dakı paylaşımda İsrail ordusunun Qəzza zolağına atdığı 2 tonluq iki raketin partlamadığı bildirilib.
Partlamayan raketlərin İsrail əsgərlərini daşıyan maşınların Cibaliyedən keçdiyi yola yerləşdirildiyi, maşınların bölgəyə çatdığı zaman partladıldığı bildirilib. İsrailin raketlərindən istifadə etməklə 5 İsrail tankının məhv edildiyi, bütün əsgərlərin öldüyü və yaralandığı vurğulanıb.
Nuranə Məmmədova