"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home Cebhe-banner

“Qərbin Ukraynaya verdiyi “dəstək” insanları çaşdırmamalıdır”

15 Aprel 2024 - 15:18
in Cebhe-banner, MANŞET
#image_title

#image_title

FacebookVatsap

Qüdrət Həsənquliyev: “Kənardan çoxları İranı “ürəkli” olmağa təhrik etsə də, İranda başa düşürlər ki, İsraillə müharibə kollektiv Qərblə müharibə deməkdir və belə bir müharibə İranın dağılmasına yol aça bilər, çünki hərbi-siyasi məğlubiyyət qaçılmazdır”

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev xalqcebhesi.az saytına müsahibə verib.

Elchi.az  həmin müsahibəni oxuculara təqdim edir:

Bunu da oxuyun

“Prezident qərar qəbul edəndə ölkənin maraqlarını nəzərə alır”-Qüdrət Həsənquliyev

Meşə yanğınları İndoneziyada kütləvi xəstəliyə səbəb olub

Makron BMT-də tribunaya yumruq vurdu: “Qəzzaya göz yummaq olmaz!”

– Qüdrət bəy, İsrail və İran arasında müharibənin baş verməsi nə qədər realdır və Azərbaycan üçün hansı nəticələrə səbəb ola bilər?

– İsrail Azərbaycanın etibarlı strateji tərəfdaşıdır. Qərb ölkələri bizə torpaqlarımızı işğaldan azad etmək üçün silah satmayanda İsrail bizə müasir silahlar satıb, yəhudi diasporası bizə siyasi-diplomatik dəstək verib və biz torpaqlarımızı işğaldan azad etmişik. Bunu heç vaxt yaddan çıxarmamalıyıq. İran isə qonşumuz və həm də 35-40 milyonluq Azərbaycan türklərinin vətənidir. Əhalisinin yarısı türk olan dövləti fars millətçiləri idarə etsə də, biz bu ölkəni türk dövləti saymalıyıq. Azərbaycanın maraqları tələb edir ki, İranda dəyişikliklər təkamül yolu ilə baş versin. Bu iki ölkə arasında münasibətlərin gərgin olması bizim maraqlarımıza cavab vermir. Kənardan çoxları İranı “ürəkli” olmağa təhrik etsə də, İranda başa düşürlər ki, İsraillə müharibə kollektiv Qərblə müharibə deməkdir və belə bir müharibə İranın dağılmasına yol aça bilər, çünki hərbi-siyasi məğlubiyyət qaçılmazdır. Ola bilsin İran atdığı raketlərin hədəflərinin koordinatlarını, hərəkət trayektoriyasını İsrailə ötürmüşdü, yaxud raketlərin özünüməhvetmə sistemini işə salmışdı. Bir çox hərbi ekspertlər baş verənlərin razılaşdırılmış “təlim”lərə oxşamasını söyləyirlər. Yox,əgər iddia olunan kimi deyilsə, onda İran rəqibin nə qədər güclü olduğunu gördü. Qərbin Ukraynaya verdiyi “dəstək” insanları çaşdırmamalıdır. Qərb Ukrayna ilə Rusiya arasında qanlı savaşın və əbədi düşmənçiliyin olmasında maraqlı görünür, həm də Rusiyadan çəkinir. Ona görə Ukraynaya öz ərazi bütövlüyünü təmin edə biləcək həddə silah vermirlər. Ukraynanı alçaldıcı sülhə məcbur edəcəklər ki, düşmənçilik davam etsin, barış olmasın. Ukraynanın bir hissəsini Rusiyaya verməklə digər hissəsini daimi özlərindən asılı edəcəklər. Dünya əsil həqiqətləri 16 iyun 2021-ci ildə Cenevrədə Putinlə Bayden arasına hansı razılaşmanın əldə olunmasına dair arxivlər açılanda biləcək. 2010-cu ildə qərbyönümlü Viktor Yuşşenkodan sonra Rusiya yönümlü Viktor Yanukoviçin Ukraynada hakimiyyətə gəlməsi kollektiv Qərbi möhkəm qorxutdu. ABŞ və Britaniya istəsəydi 2014-cü ildə Ukraynanı nüvə silahından məhrum edən 1994-cü il Budapeşt memorondumuna istinad edib Rusiya ilə anlaşa, onunla müəyyən sazişlər imzalamaqla onu Ukraynaya hücumdan çəkindirə, müharibənin qarşısını ala bilərdi. Həm də, o da yaddan çıxmamalıdır ki, həlledici faktor olmasa da Rusiya nüvə dövlətidir, böyük ərazi və əhaliyə,güclü hərbi-sənaye kompleksinə malikdir. Bir çox Qərb siyasətçiləri, ictimai-siyasi xadimləri, media nümayəndələri, QHT sektoru, iri Qərb şirkətləri Rusiyaya işləyir. İran hətta Rusiya ilə müqayisədə iqtisadi və texnoloji baxımdan geri qalmış ölkə hesab olunur. İranda ÜDM-in adambaşına düşən həcmi 4 234 ABŞ dolları təşkil edir. Məsələn,bu rəqəm Azərbaycanda 7126 $ dollar, Rusiyada 13005 $, ABŞ-da 80412 $, İsraildə 58 273 $ dollardı.

Müharibə olarsa təhlükəsizliyimizi təmin etmək üçün İsraildən silah ala bilməyəcəyik, insan itkiləri, dağıntılar olcaq, ölkəmizə cənubdan qaçqın axını ola bilər və s. Hər bir normal adam müharibəyə qarşı olmalıdır, təbii ki, əgər ölkən, yaxud müttəfiqlərin və dünyada hər kəsi təhdid edən beynəlxalq təhlükəsizlik sistemi təcavüzə məruz qalmayıbsa…

– Qüdrət bəy, İranın nüvə silahına sahib olmasını beynəlxalq təhlükəsizliyə təhdid hesab edirsinizmi?

– İran Azərbaycana münasibətdə nə qədər ədalətsiz davransa da İranın nüvə silahına sahib olmasını bəşəriyyət üçün təhlükə saymıram. Şimali Koreyanın da nüvə silahı var. Nüvə silahı böyük çəkindirici gücə sahibdir. Bir dəfə söyləmişdim ki,əhalisinin sayı 50 milyon nəfərdən çox olan ölkələrin nüvə silahına sahib olması doğru olardı. Nüvə silahından imtina böyük müharibələrə yol açacaq. Allah insana şüur versə də onu bioloji varlıq kimi yaradıb. İnsanı ali şüur, ali dəyərlər yox, daha çox özünüqoruma instinkti başqalarına təcavüzdən çəkindirə bilər. Cəlaləddin Ruminin belə bir sözü var: “Bəzən mələklər insan olmadıqlarına görə üzülər, bəzən isə şeytanlar insan olmadıqlarına görə şükür edərlər”. Hesab edirəm, Türkiyə, İran, İndenoziya , Misir kimi böyük müsəlman ölkələri də nüvə silahına sahib olmalıdır. Pakistan nüvə silahına sahib tək müsəlman ölkəsi omamalı, xüsusilə, etibarlı müttəfiqi Türkiyəyə nüvə silahına sahib olması üçün yaxından kömək etməlidir. Hazırda Almaniyada ABŞ-dan 1000 ədəd nüvə başlığı alınması istiqamətində ictimai müzakirələr aparılır. BMT TŞ-nin daimi üzvü olan 5 nüvə dövləti dünyada təhlükəsizliyi nəinki təmin etmir, bir çox hallarda özləri dövlətlərin ərazi bütövlüyü və suverenliyinə qarşı böyük təhlükəyə çevrilirlər.

Previous Post

“Qərbin Ukraynaya verdiyi “dəstək” insanları çaşdırmamalıdır”

Next Post

İnvestorların sevimli NFTləri zibilə çevrilir?

Bənzər yazılar

“Prezident qərar qəbul edəndə ölkənin maraqlarını nəzərə alır”-Qüdrət Həsənquliyev

“Prezident qərar qəbul edəndə ölkənin maraqlarını nəzərə alır”-Qüdrət Həsənquliyev

23 Sentyabr 2026 - 17:03

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: -...

Meşə yanğınları İndoneziyada kütləvi xəstəliyə səbəb olub

Meşə yanğınları İndoneziyada kütləvi xəstəliyə səbəb olub

23 Sentyabr 2026 - 16:48

Avqust ayından bəri İndoneziyanın meşə və torpaq yanğınlarından zərər çəkmiş ərazilərində 175 000-ə yaxın kəskin tənəffüs yolu infeksiyası halı qeydə...

Makron BMT-də tribunaya yumruq vurdu: “Qəzzaya göz yummaq olmaz!”

Makron BMT-də tribunaya yumruq vurdu: “Qəzzaya göz yummaq olmaz!”

23 Sentyabr 2026 - 14:00

Fransa lideri Emmanuel Makron Nyu-Yorkda BMT Baş Assambleyasında Fələstindəki vəziyyətlə bağlı çıxışı zamanı yumruğu ilə tribunaya vurub. Elchi.az xəbər verir...

Zelenski: Rusiya müharibəni bitirməyə hazır deyil

Zelenski: Rusiya müharibəni bitirməyə hazır deyil

23 Sentyabr 2026 - 10:37

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampın da iştirakı ilə Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu bəyan edib....

Next Post
İnvestorların sevimli NFTləri zibilə çevrilir?

İnvestorların sevimli NFTləri zibilə çevrilir?

İnvestorların sevimli NFTləri zibilə çevrilir?

İnvestorların sevimli NFTləri zibilə çevrilir?

Son xəbərlər

“Kaşif Kozinoğlu işi”ndə saxlanılanların sayı artıb

“Kaşif Kozinoğlu işi”ndə saxlanılanların sayı artıb

23 Sentyabr 2026 - 22:55
Suriya Prezidenti İsraillə sülhün şərtini açıqlayıb

Suriya Prezidenti İsraillə sülhün şərtini açıqlayıb

23 Sentyabr 2026 - 22:52
Türkiyə Başika-Zilkan bazasını İraqa təhvil verəcək

Türkiyə Başika-Zilkan bazasını İraqa təhvil verəcək

23 Sentyabr 2026 - 22:50
Ceyhun Bayramov və Co Vilson Azərbaycan-ABŞ münasibətlərini müzakirə ediblər

Ceyhun Bayramov və Co Vilson Azərbaycan-ABŞ münasibətlərini müzakirə ediblər

23 Sentyabr 2026 - 22:05
Özbəkistanda Azərbaycan dili kursları fəaliyyətə başlayacaq

Özbəkistanda Azərbaycan dili kursları fəaliyyətə başlayacaq

23 Sentyabr 2026 - 22:04
Qazaxda açıq ərazidə yanğın baş verib

Qazaxda açıq ərazidə yanğın baş verib

23 Sentyabr 2026 - 22:03
Rusiyadan Ermənistana yeni təzyiq kartı – miqrantların geri qaytarılması ehtimalı…

Rusiyadan Ermənistana yeni təzyiq kartı – miqrantların geri qaytarılması ehtimalı…

23 Sentyabr 2026 - 20:33
Şahin Mustafayev: Azərbaycan-Çin münasibətləri yüksək dinamika ilə inkişaf edir

Şahin Mustafayev: Azərbaycan-Çin münasibətləri yüksək dinamika ilə inkişaf edir

23 Sentyabr 2026 - 19:29
Ceyhun Bayramov Serbiyanın xarici işlər naziri ilə görüşüb

Ceyhun Bayramov Serbiyanın xarici işlər naziri ilə görüşüb

23 Sentyabr 2026 - 19:23
Səfir: Azərbaycanla Çin günəş və külək enerjisi sahəsində bir sıra layihələr üzrə əməkdaşlıq edir

Səfir: Azərbaycanla Çin günəş və külək enerjisi sahəsində bir sıra layihələr üzrə əməkdaşlıq edir

23 Sentyabr 2026 - 19:15
Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib

Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib

23 Sentyabr 2026 - 19:05
Azərbaycan domenlərinə qarşı hücumlar oldu

Azərbaycan domenlərinə qarşı hücumlar oldu

23 Sentyabr 2026 - 18:57
Pezeşkian: İran nüvə enerjisi inkişaf etdirmək niyyətindədir

Pezeşkian: İran nüvə enerjisi inkişaf etdirmək niyyətindədir

23 Sentyabr 2026 - 18:50
Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib

Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib

23 Sentyabr 2026 - 18:38
Qyökereş “Arsenal”dan ayrılmaq istəyir

Qyökereş “Arsenal”dan ayrılmaq istəyir

23 Sentyabr 2026 - 18:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.