“Qərbin sanksiyalarından sonra Rusiyada vazelin də tapılmır…”

61

“Ermənistanın müstəqillik aktında DQMV-nin Ermənistana birləşdirilməsi haqqında “qərar”a istinad edilir.

-Petrosyan dövründə Azərbaycan əraziləri işğal edilib.

-Köçəryan və Sərkisyan Qarabağda erməni separatizminin liderləri olub.

-Paşinyan Şuşada “Yallı” gedir və “Artsax Ermənistandır.” deyirdi”.

Elchi.az xəbər verir ki, bu fikirləri AzNews.az xəbər portalının baş redaktoru Taleh Şahsuvarlı FB hesabında qeyd edib:

“Bəs, nə oldu?
Dünən Praqada Ermənistan Azərbaycanın dövlət müstəqilliyini və ərazi bütövlüyünü tanıdı.
Yəni Qarabağ Azərbaycandlr!- dedi.
Yəni, 30 illik Ermənistan tarixinə nöqtə qoyuldu. Ermənistan 0-dan başlamalıdır. Liderləri İlham Əliyevlə Ərdoğanın arxasında, ikinci, üçüncü sıralarda boynunu bükərək…
Və bu sözü erməni seperatizminə dəstək verən Fransanın iştirakı ilə dedi.
Ermənistan tərəfdə iki ay işləyəcək Avropanın mülki müşahidəçiləri isə ATƏT Minsk Qrupundan fərqli olaraq Azərbaycana heç bir halda və formada təzyiq göstərə biləcək deyil.
Bu qrupun Ermənistan tərəfindən Azərbaycanla sərhədə gətirilməsi o deməkdir ki, Paşinyan Rusiyaya qarşı açıq gedişlər edir, Vladimir Putinə dirsək göstərir.
Putinin Nikola reaksiyasını və cavabını təxmin etmək çətin deyil.
Deyirlər, Qərbin sanksiyalarından sonra Rusiyada vazelin də tapılmır…”.

Şayəstə