Qərbi Azərbaycanın rayon və kəndləri üzrə icmaların formalaşması prosesi davam edir

276

Fevralın 24-də Qərbi Azərbaycan İcmasının binasında Çəmbərək rayon icmasının növbəti tədbiri keçirilib. Rayonun Göyçə kəndlərinin toplaşdığı tədbirdə bu kəndlər üzrə icma sədrləri müəyyən edilib.

Elchi.az xəbər verir ki, tədbiri Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli açaraq sözü Çəmbərək rayonunun nümayəndələrinə verib.

Tədbirdə Çəmbərək rayonunun keçmiş İcraiyyə Komitəsi sədrləri Abbas Mazanov, Mahal Əliyev, professor Həsən Bayramoğlu, Qəyyumlar Şurasının üzvü Rəşid Süleymanov, iqtisadçı alim Tanrıverdi Paşayev, dosent Həqiqət Hacıyeva, Əli Vəliyev və b. çıxış edərək, fikir və təkliflərini bildiriblər.

Tədbirdə Qərbi Azərbaycan İcmasının Qəyyumlar Şurasının sədri, əslən Çəmbərək rayonunun Ağbulaq kəndindən olan Mürvət Həsənli çıxış edərək, Çəmbərək icmasının qarşısında duran vəzifələri qısa müddətdə həll edəcəyinə əminliyini bildirib.

Tədbirdə Qərbi Azərbaycan İcmasının şöbə müdiri Qalib Qasımov, İcmanın Çəmbərək rayonu üzrə koordinatoru İman Məmmədov da iştirak ediblər.