Qərbi Azərbaycanda zəlzələ: 1127 nəfər xəsarət aldı

46

İranın Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində dünən səhər saatlarında baş verən zəlzələ nəticəsində 1127 nəfərin xəsarət aldığı bildirilib.

Elchi.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Məlumata görə, 10 kilometr dərinlikdə baş verən zəlzələ nəticəsində 50 ev tamamilə dağılıb, 500 ev zərər görüb.

Qeyd edək ki, zəlzələ Naxçıvanda 5,3 bal gücündə hiss edilmişdi.