Qərbdən BƏƏ-yə ÇAĞIRIŞ

63

“Financial Times” qəzeti öz mənbələrinə istinadən yazır ki, Qərb Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) Rusiyaya hərbi məqsədlər üçün yararlı mallar verməməyə, eləcə də hərbi məqsədlər üçün istifadə oluna biləcəyi iddia edilən elektronikanın ixracını dayandırmağa çağırıb.

Elchi.az-ın məlumatına görə, qəzet yazır ki, ABŞ hökuməti BƏƏ-nin Rusiya hərbi əməliyyatlarına kömək etmək üçün istifadə oluna bilən elektronika kimi malların tədarükü üçün mərkəzə çevrilməsindən narahatdır.

Qəzetin mənbələrinin bildirdiyinə görə, məhdudiyyətlərdən yan keçmək üçün malların həmin ölkənin ərazisinə göndərildiyi xüsusi narahatlıq doğurur. Son həftələrdə ABŞ, Avropa İttifaqı və Böyük Britaniya nümayəndələri BƏƏ-yə səfər ediblər. Onlar Əmirliyin Rusiyaya müəyyən növ malların, o cümlədən elektronikanın göndərilməsi üçün iqtisadi mərkəzə çevrilə biləcəyindən narahat olduqlarını bildiriblər.

Yeganə