Qərbdə Ukrayna prezidenti Vladimir Zelenski seçkilər öncəsi hakimiyyəti müxalifətə verməyə çağırıb. Elchi.az xəbər verir ki, bu barədə “Politico”ya istinadən xəbər verir.
Materialda deyilir ki, Zelenskiyə dəstəyin səviyyəsi zəifləyir və yeni prezident seçkiləri praktiki olaraq mümkün deyil, çünki milyonlarla seçici ölkədən kənarda, digərləri isə cəbhədə yerləşdirilib. Çətin şəraitdə seçkilərin keçirilməsi ehtimalı azdır və həm qanunvericilik, həm də konstitusiya dəyişiklikləri tələb edəcəkdir.
Bu baxımdan, Ukrayna prezidentinin geniş əsasda milli birlik hökuməti yaratmaq barədə düşünməsinin vaxtı çatıb. Məqalədə deyilir ki, hökumətin müxalifətə və vətəndaş cəmiyyəti liderlərinə açılması müxalifətin tənqidlərini dərhal azaldar.
“Yeganə sual, Zelenskinin əksər müxalifət liderlərinə qarşı hörmətsizliyini aradan qaldırmaq və idarəetmə tərzini dəyişmək, mərkəzləşdirilmiş qərar qəbul etmədən daha geniş konsensusun yaradılmasına keçmək üçün kifayət qədər çevik olub-olmamasıdır”, – Karatnitski yekunlaşdırır.
Belə bir addım üçün presedentlərin olduğu da qeyd edilir.
Havar Şəfiyeva