"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Qərb kabusu Azərbaycana hardan girdi, haranı açaq çıxsın?..

15 Sentyabr 2015 - 00:16
in XƏBƏR LENTİ
FacebookVatsap

 

Bunu da oxuyun

Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib

Türkiyə və Azərbaycanın “Birlik Gücü-2026” təliminə hazırlıqları başa çatıb

İsveçdə hərbi poliqonda partlayış nəticəsində yeddi nəfər yaralanıb

Ceyhun Musaoğlu

İndi yazdığımı hamı bilir. Təkrar edirəmsə, biliklərimizin silkələnib ayılmasına ehtiyac var, demək. Xatırlatma: Qərb və Avropa Şərq ölkələrinə ilk olaraq nəhəng informasiya bazası ilə hücüma keçdi. Dağıdılmış ölkələr – Liviyadan İraqacan Qərbin və Avropanın atomdan da güclü olan informasiya basqısına boyun əymədilər: onların ölkələrində xalqın mənəviyyatına, ənənəsinə, geninə, təfəkkürünə neştər kimi batıb, ekskavator kimi qazan verilişlərə qadağa qoyuldu. Realiti şoular – ər axtaranlar, məşuqə seçənlər, oğlanı oğlanla, qızı-qızla adamı heyvanla evləndirən xəbərlər, süjeti xəyanət üzərində qurulan seriallar, işğala məruz qalan dövlətlərin qapısından içəri girə bilmədi. Həmin dövlətlər müasir tərbiyyəsizliklə əhatələnməyə rəsmi qadağa qoydular. Nəticədə düşmən isti müharibəyə əl atdı və ölkələri yer üzündən sildi. İdeoloji savaşda uduzan Qərb və Avropa vəhşi əzələ nümayiş etdirdi.

Təəssüf, Azərbaycanın və Türkiyənin ideoloji savaşda həm qalxan, həm də qılınc rolu oynamaq missiyası daşımağa borclu olan elektron mediası milləti kökündən qoparan verilişlərə yol açdı, hələ ardından su da səpdilər ki, ayaqları toza batmasın. Bu faciənin baş verməsinə, nə qədər inandırıcı olmasa da, demokratik quruluş rəvac verdi. Televiziya və mətbuatın müstəqil olması, ziyanlı özəl qərarların qarşısındakı sərhəddi senzura damğası ilə aradan götüzdürdü. Hökumət hansısa televiziyaya veriliş qadağası qoya bilmədi. Əks təqdirdə “demokratiya pozulur” təhdidini əlində qılınca çevirən Qərb və Avropa ayaqyalın, başıaçıq üzərimizə yeriyəcəkdi. İkinci tərəfdən rəsmi Bakı demokratik qurluşa sadiqliyini heç nəyə güzəştə getmək fikrində deyildi, indi də fikrini dəyişməyib. Burada əsas məsuliyyət toplumun üzərinə düşürdü.

Müstəqil və sərbəst yaşamağa vərdiş etməyən xalqalar, demokratiyanı ən dəhşətli silaha çevirəcəklər. Bunun adına cahillik deyilir. Cahil “dünya bir gündür, o da bu gündür” məntiqi ilə yaşayandır. Bir günlük dünyada yalnız pul haqqında düşünərlər. Əlbəttə, xalq heç vaxt bütövlükdə günahkar olmur, onun fiziki quruluşunda kütlə olmaq var. Kütlənin hərəkət treoktoriyası axına bağlıdır – axın hara, kütlə ora. Müasir dünyanın gözqamaşdıran nəsnələrinə dözə bilməyən sabahsız adamlar Qərbin və Avropanın informasiya işğalına məruz qaldılar. Efir onların əlindəydi deyə, tamaşaçıya da bu işğalın fəsadlarını yaşatdılar. Tamaşaçı kütləvi olduğundan nə göstərəckəsən ona baxacaq – axınla yuxarı getmək mümkün deyil, axın yalnız aşağı şütüyür.

Dövlət məhz ona görə var ki, cəmiyyətin düçar olduğu, yaxud ola biləcəyi xəstəlikləri görsün, acınacaqlı vəziyyətin aradan qaldırılması istiqamətində onu idarə edənlərin sağlam müdaxiləsi ilə tədbirlər həyata keçirsin. İllər keçdi, ideloji sahəyə məsul olan dövlət adamları pulu mənəviyyatdan üstün tutan elektron KİV-in, əsasən son vaxtlar internet resursların başındakılara tövsiyyələr ünvanladılar. Artıq “millət”, dövlət”, “xalq”, “ənənə”, “tolerantıq”, “multikulturalizm”, böyüyə-kiçiyə hörmət”, bir sözlə, mənəviyyatı yaradan amilləri əks etdirən sözlər, cümlələr tez-tez işlənməyə başladı. Prezident Adminstrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin qələmə aldığı birbaşa milli konsepsiyamızı əks etdirən “Milli məfkurə, dövlətçilik, müstəqillik yolu ilə” kitabı artıq siqnal yox, SOS idi. Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, Prezident köməkçisi Əli Həsənov çıxışlarında gələcəyin yolunu aydınlığı ilə göstərdi: “Əgər Azərbaycan gəncliyi bu gün bizim milli-mənəvi dəyərlərimizə, əxlaqımıza, mədəniyyətimizə, dilimizə, ümumiyyətlə, Azərbaycan dəyərlərinə sahib çıxmayacaqsa, deməli, bizim millətin sabahı, gələcəyi yoxdur. Ona görə də gənclər siyasətinin, dövlət proqramlarının əsas vəzifəsi Azərbaycan gəncliyini milli-mənəvi dəyərlər ruhunda tərbiyə etmək, onlarda milli irsə sahiblik hissi yaratmaq, gənclərin milli iradəsini möhkəmləndirərək Azərbaycanın gələcək taleyinin həll olunmasında onları aparıcı, avanqard bir hissəyə çevirməkdir”.

Prezident İlham Əliyevin Azərbaycan Respublikasının millətlərarası multikilturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi yaratması, kimliyimizin Ana yasası olan Kitabi-Dədə Qorqudun dünyaya tanıdılmasının vacibliyini göstərən sənədlər imzalaması, hətta dastanı ilk dəfə üzə çıxaran Alman şərqşünası Fridrix fon Ditsin adının əbədiləşdirilməsi göstərişini verməsi, bu sahəyə aid tövsiyyələrin, tapşırıqların, sərəncamların, fərmanların yeni yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşlarının Dövlət müşaviri Kamal Abdullayevin rəhbərliyi altında yüksək əhval-ruhiyyə, çeviklik, sevgi ilə həyata keçirmələri “hegemonların” ölkəmizdə qalan gözlərinə qan damızdırmaya bilməzdi. Onlar dünyanı silkələyən, birinci iqtisadi böhranın Azərbaycandan ağrısız ötüşdüyünü görüncə bildilər ki, xəritədə gücü genindən gələn bir ölkə var. Ukraynaya baxdılar, Gürcüstana baxdılar, Ermənistana, Qazaxıstana, Özbəkistana baxdılar, nəticədə Azərbaycanın yüksək potensiala malik qeyri-adi ölkə olduğunu anladlar. Müşahidələrini davam etdirəndən sonra əmin oldular ki, Azərbaycan müstəqil siyasətinə əbədi sadiq qalaraq, hegemon imicinə pərçimlənənlərin vassalına çevrilməyəcək. Bütün cəhətləri ilə varlı ölkəni itirməsinlər deyə, gücümüzün qaynağını – genimizi hədəf aldılar. Həm Azərbaycana, həm də qardaşı Türkiyəyə eyni üsulla həmlələr endirdilər.

Avropa Birliyinin Türkiyəni necə dalana dirədiyi göz qabağındadır. Demək olar bütün analitiklər deyir ki, Türkiyə heç vaxt Avropa Birliyinə üzv qəbul edilməyəcək. Baxmayaraq hökumət Avropanın ən absurd, türk adına yaraşmayan öhdəliyinə belə, əməl etməyə meyillidir, nəticədə yenə də Türkiyə Avropa Birliyinin astanasından içəri buraxılmır, böyük ehtimalla elə əbədi astanada qalacaq.

Təsəvvür edək: Türkiyə Avropa Birliyinə üzv qəbul edilib. İclas gedir, hansısa ölkənin hansısa deputatı, yaxud bir neçə ölkənin deputatlarını özündə birləşdirən fraksiya onlara çatan natamam, birtərəfli informasiyanın dili ilə Azərbaycana böhtan atır. Türkiyə “Azərbaycan burda yoxdur, mən burdayam” deyəcək axı. Azərbaycan “Türkiyə burda yoxdur, mən burdayam” deyib axı. Qardaşlıq başqa cür olmur. Bəli, deyəcək və o parlamentarilərə yanlış düşüncədə olduqlarını anladacaq. Ola bilsin səslərin sayına görə, qərara təsir edə bilməyəckər, amma qərarın nə qədər qərəzli olduğunu Avropanın sadə vətəndaşlarına çatdıra biləcəklər. Əlbəttə, müsahibələrlə, açıqlamalarla, bəyanatlarla… Sadə avropalı onları təmsil edən deputatların əsl simasını gördükdə, növbəti seçkidə belələrinə fiasko yaşadacaq. Deməli, avroparlamentarilərin məntiqincə, Türlkiyə təhlükə mənbəyidir.

Azərbaycana münasibətdə də eyni siyasət cızılıb. İstisnasız bütün dövlətlərdən insanlığımızla fərqlənirik. İnformasiya hücumuna boyun əymirik: ziyanlı təbliğata qarşı hökumətin müvafiq qurumları anındaca reaksiya verir; ictiami qınaq formalaşır. Misal olaraq, sosial şəbəkələri göstərə bilərik. Azərbaycanın mənəvi ənənəsinə zidd olan veriliş, film, aparıcı ifadəsi qınağa tuş gəlir, səhvə yol verən qurum, yaxud şəxs üzr istəməli olur. Qərbin zorakı ideologiyasının səpələdiyi qəpik-quruşa aldanan bəzi azərbaycanlılar bilərəkdən və bilməyərəkdən dimdiklərindən tora düşürlər.

Konkret: Qərb və Avropa Azərbaycana girə bilmir. Hələ bizim ölkənin 20 faizi yaralıdır, hələ bizim ölkə büdcəni yeni-yeni neft asıllığından qurtarmağa başlayıb. Qeyri-neft sektorunun inkişafı şaxələnmiş formada sürət götürüb. Bütün bunlar müstəqil ölkənin dayaqlarını daha da möhkəmləndirdiyi üçün ən ağır zərbələr belə, həmin dayaqların üzərində izlər qoya bilmir.

Vəziyyət göstərir ki, Azərbaycana hücumlar hər ötən il daha kəskinləşəcək. İnformasiya istiqamətindəki murdar siyasətləri fiaskoya uğrayır, diplomatik bicliklər anındaca faş edilir, qətnamələr, bəyanatlar qondarma faktlara söykəndiyindən Xəzəri su işində keçir, sonra da sətəlcəm olub ölür.

Uduzan aqressiv olacaq. Azərbaycan xalqı həmlələrə cavab vermə instinkini yaratmağa məcburdur. Bunun sadə yolu var: tərbiyəsizlik aşılayan verilişlərə baxmırıq, Qərb televiziyalarından plagiatlıq edilən realiti şouları anındaca kəskin və kütləvi şəkildə qınayırıq, diskussiya xarakterli proqramların sayını artırırıq, bütün sahələrdə sağlam tənqidin eşidilməsinə şərait yaradırıq.

Prezident İlham Əliyev mətbuatın qaldırdığı problemləri anındaca həll etmək ənənəsi formalaşdırıb. Ümumi misal: bürokratiyadan gileylənirdik, ASAN dadımıza çatdı. Xüsusi misal: Nəqliyyat Departamenti taksi olmayan maşınların da sürücüsündən zorla 100 manat qopardırdı, yenə ASAN köməyə gəldi. Ardı da olacaq. Prezident son çıxışında belə dedi: “Gələcəkdə hər sahədə “ASAN xidmət”in standartları olmalıdır. Ona görə də gələn il hökuməti böyük işlər gözləyir”.

İntellektual xalqın bu açıqlamaya verəsi bir cavabı var: NƏ GÖZƏL!
P.S. Bədbin notlar üzərində qurulan yazı, nikbinliklə sonuclanırsa, gələcəyin işqılı olacağına şübhə yeri qalmır.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu

Previous Post

Qərb kabusu Azərbaycana hardan girdi, haranı açaq çıxsın?..

Next Post

2016-cı ilin büdcəsi açıqlandı; neft 50 dollardan götürüldü

Bənzər yazılar

Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib

Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib

17 Sentyabr 2026 - 23:54

ABŞ Prezidenti Donald Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib, bu mərhələdə münaqişəyə son qoymaq üçün kütləvi hücumların bərpa olunub-olunmaması...

Türkiyə və Azərbaycanın “Birlik Gücü-2026” təliminə hazırlıqları başa çatıb

Türkiyə və Azərbaycanın “Birlik Gücü-2026” təliminə hazırlıqları başa çatıb

17 Sentyabr 2026 - 23:12

Türkiyə və Azərbaycanın "Birlik Gücü-2026" təliminə hazırlıqlar başa çatdırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "X"də...

İsveçdə hərbi poliqonda partlayış nəticəsində yeddi nəfər yaralanıb

İsveçdə hərbi poliqonda partlayış nəticəsində yeddi nəfər yaralanıb

17 Sentyabr 2026 - 22:54

İsveçdə hərbi təlim poliqonunda baş verən partlayış nəticəsində hərbçilər də daxil olmaqla yeddi nəfər yaralanıb. Elchi.az -ın "Sveriges Radio"ya istinadən...

ABŞ Ukraynaya “Patriot” üçün 10 ədəd raket verməyə hazırdır

ABŞ Ukraynaya “Patriot” üçün 10 ədəd raket verməyə hazırdır

17 Sentyabr 2026 - 22:52

ABŞ əvvəllər Almaniya tərəfindən alınmış və dəyəri 29,6 milyon dollar olan "Patriot" hava hücumundan müdafiə sistemləri üçün əlavə 10 ədəd...

Next Post

2016-cı ilin büdcəsi açıqlandı; neft 50 dollardan götürüldü

2016-cı ilin büdcəsi açıqlandı; neft 50 dollardan götürüldü

Son xəbərlər

Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib

Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib

17 Sentyabr 2026 - 23:54
Türkiyə və Azərbaycanın “Birlik Gücü-2026” təliminə hazırlıqları başa çatıb

Türkiyə və Azərbaycanın “Birlik Gücü-2026” təliminə hazırlıqları başa çatıb

17 Sentyabr 2026 - 23:12
İsveçdə hərbi poliqonda partlayış nəticəsində yeddi nəfər yaralanıb

İsveçdə hərbi poliqonda partlayış nəticəsində yeddi nəfər yaralanıb

17 Sentyabr 2026 - 22:54
ABŞ Ukraynaya “Patriot” üçün 10 ədəd raket verməyə hazırdır

ABŞ Ukraynaya “Patriot” üçün 10 ədəd raket verməyə hazırdır

17 Sentyabr 2026 - 22:52
Paşinyan TRIPP layihəsinin reallaşması ilə bağlı iclas keçirib

Paşinyan TRIPP layihəsinin reallaşması ilə bağlı iclas keçirib

17 Sentyabr 2026 - 22:46
Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq

Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq

17 Sentyabr 2026 - 22:44
Rusiya və Çin BMT TŞ-də ABŞ-nin İranla bağlı təşəbbüsünə veto qoyub

Rusiya və Çin BMT TŞ-də ABŞ-nin İranla bağlı təşəbbüsünə veto qoyub

17 Sentyabr 2026 - 21:24
Bu ölkənin baş naziri Ukraynaya səfər edəcək

Bu ölkənin baş naziri Ukraynaya səfər edəcək

17 Sentyabr 2026 - 21:21
Ölkəmizdə bu ərazidə zəlzələ olub

Ölkəmizdə bu ərazidə zəlzələ olub

17 Sentyabr 2026 - 21:19
Litva 2030-cu ilədək ümumi hərbi çağırışa keçmək niyyətindədir

Litva 2030-cu ilədək ümumi hərbi çağırışa keçmək niyyətindədir

17 Sentyabr 2026 - 21:17
AHİK könüllüləri Prezident Kitabxanasını ziyarət ediblər

AHİK könüllüləri Prezident Kitabxanasını ziyarət ediblər

17 Sentyabr 2026 - 20:35
Azərbaycan və Estoniya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib

Azərbaycan və Estoniya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib

17 Sentyabr 2026 - 20:33
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının iclasında iştirak edib

Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının iclasında iştirak edib

17 Sentyabr 2026 - 19:26
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub – YENİLƏNİB – FOTO

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub – YENİLƏNİB – FOTO

17 Sentyabr 2026 - 19:17
Səudiyyə HHK-nin bombardmanı nəticəsində yeniyetmələr həlak olub

Səudiyyə HHK-nin bombardmanı nəticəsində yeniyetmələr həlak olub

17 Sentyabr 2026 - 19:08
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.