"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Putinin Azərbaycan hədəfi – Qarabağ və neft kəmərləri…

12 Oktyabr 2016 - 09:06
in XƏBƏR LENTİ
FacebookVatsap
Putinin Azərbaycan hədəfi – Qarabağ və neft kəmərləri...

Nüfuzlu Amerika nəşrindən sensasion iddia; “Newsweek” Kreml başçısının postsovet məkanında mümkün hərbi müdaxilə ssenarilərindən yazdı; Bakı və Qərbə xəbərdarlıq: “Moskva separatçı Cavax erməniləri vasitəsilə Bakı-Ceyhan və Bakı-Ərzurum kəmərlərinə təhlükə yarada bilər…”

Bunu da oxuyun

FHN əməkdaşlarının sağlamlığı daim diqqətdə saxlanılır – FOTO/VİDEO

Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb

Gəncədə beşaylıq körpə ölüb

Suriya böhranına görə Rusiya ilə ABŞ arasında artan gərginlik dünyanın başqa münaqişəli bölgələrinə də öz təsirini göstərməkdədir. Söhbət öncəliklə, Qarabağ ixtilafı da daxil, postsovet məkanında hələ də həllini tapmayan, müstəsna olaraq, Rusiyanın nəzarətində olan etnik-ərazi konfliktlərindən gedir. Dağlıq Qarabağ problemi ətrafında mövcud durum göstərir ki, Moskva onları tezliklə nizamlamağa həvəsli deyil.   
O da faktdır ki, Rusiyanın Ukraynanın şərqinə müdaxiləsi və Krımın işğalından sonra çoxları üçün hələ də belə bir sual öz aktuallığını saxlayır: Moskvadan ötrü növbəti hədəf hara olacaq? Nəzərə alsaq ki, heç kim Rusiya prezidenti Vladimir Putinin beynindəki fikirləri oxuya bilməz, bununla belə, ABŞ-dakı “Heritage” fondunun Xarici Siyasət Tədqiqatları Mərkəzinin direktoru Lyuk Kofi nüfuzlu “Newsweek” jurnalındakı məqaləsində bu suala cavab tapmağa çalışıb. 
***
Analitik Rusiyanın postsovet məkanında gələcək hərəkətləri və mümkün hərbi müdaxiləsi ilə bağlı 6 ssenari qələmə alıb. Onun qənaətincə, Kremlin növbəti hədəfi məhz onlardan biri ola bilər.
Nəşr hədəf-ssenariləri belə sıralayır: 1. Moldovadakı “qaqauz problemi”, 2. Gürcüstanda ermənilərin kompakt yaşadığı Cavaxeti bölgəsi, 3. Türkmənistanın cənubunda “hərbi kömək”, 4. Qazaxıstana hərbi müdaxilə üçün ölkənin şimalındakı etnik rusların “müdafiəsi”, 5. Ukraynada “yarımçıq qalmış işlər” və 6. Dağlıq Qarabağa “sülhməramlı” adı ilə hərbi qüvvələrin yeridilməsi. 
“Newsweek” Gürcüstanın Cavaxetiya bölgəsini yeni potensial konflikt ocağı kimi təqdim edərək yazır:“Putin Gürcüstanı özünün təbii nüfuz dairəsi hesab edir və güc yolu ilə yenə də bu ölkəyə təsir etməyə hazırdır. 2008-ci ilin avqustunda Rusiya Gürcüstana soxuldu. Bu gün təqribən 11 minlik rus ordusu 2008-ci ildəki anlaşmanı pozaraq Abxaziya və Cənubi Osetiyanı işğal edib. Rusiya həmçinin bu ölkədə ermənilərin yaşadığı Samsx-Cavaxetiyadakı etnik gərginliyi də istismar edir. Məqsəd Rusiyanı Cənubi Osetiya və Cavaxetiya vasitəsilə Ermənistanla birləşdirəcək yeni təsir zonası yaratmaq ola bilər”.
Image result for Cavaxetiyadakı erməni separatçıları
Amerikalı analitikə görə, Cavaxetiyadakı erməni separatçıları bir neçə il öncə ilə müqayisədə bir elə aktiv olmasa da, Moskva regionda separatçı hərəkatı asanca qızışdıra bilər: “Bunu asanlaşdıran başqa iki amil bölgədə ermənilərin iki dildə təhsil almağın mümkünsüzlüyü və Tiflisin Cavax ermənilərinə münasibətdə tətbiq etdiyi miqrasiya məhdudiyyətləridir. Cavaxetiya ermənilərinin bir çoxu Rusiyada işləyir. Bölgənin nəzarət altına keçməsi isə Rusiyaya imkan verəcək ki, yerüstü dəhliz vasitəsilə özünün Ermənistandakı hərbi mövcudluğunu daha da gücləndirsin. Unutmaq lazım deyil ki, region ərazindən həm də iri neft-qaz kəmərləri keçir (Bakı-Tiflis-Ceyhan neft, Bakı-Tiflis-Ərzurum qaz kəmərləri nəzərdə tutulur – red.)”.
Image result for Kreml
Nüfuzlu nəşr Kremlin Dağlıq Qarabağla bağlı mümkün hərbi planı haqda da yazıb: “2014-cü ilin avqustundan Azərbaycan və Ermənistan silahlı qüvvələrini təmas xəttində zorakılıq halları ciddi şəkildə artıb və bu ilin aprelində pik həddə çatıb. Vəzifəsi sülhün qorunması olan ATƏT-in Minsk Qrupu qanuni vasitəçi orqandır, lakin de-fakto fəaliyyət göstərmir. Əsas səbəb də Ukraynaya müdaxiləyə görə Moskva ilə Qərbin münasibətlərinin pisləşməsidir. Ukrayna konflikti isə Putinə Ermənistanda çoxminli hərbi qüvvə saxlamaq üçün əlverişli bəraət verib. Bundan əlavə, bir çox illər ərzində təkliflər olub ki, Rusiya Dağlıq Qarabağda Azərbaycanın iradəsi əleyhinə olaraq, sülhməramlılar yerləşdirmək istəyir”.
Image result for rusiya sülhməramlıları
Məqalə müəllifi hesab edir ki, sülhməramlı adı altında qüvvələrin Qarabağda yerləşdirilməsi Moskvaya Güney Qafqazda daha bir strateji dayaq məntəqəsi yaratmaq imkanı verəcək: “Bu, baş verərsə, o zaman ehtimal ki, Dağlıq Qarabağ bir daha Azərbaycanın tərkibinə qaytarılmayacaq, çünki Rusiyanın maraqları maksimal şəkildə uzunmüddətli hərbi mövcudluqdan qaynaqlanır. Başqa yandan, əgər Rusiyanın Ermənistandakı hərbi mövcudluğunu iqnor eləmək mümkündüsə, Azərbaycanın öz ərazisi saydığı Dağlıq Qarabağda Rusiyanın hərbi mövcudluğu Bakının Qərblə sıx əlaqələrinə əngəl yaradacaq”.
Image result for Qarabağ minval.az
***
Beləcə, nüfuzlu Amerika nəşri Dağlıq Qarabağa Rusiya sülhməramlılarının yerləşdirilməsi planı arxasında Azərbaycanın Qərblə əlaqələrini məhdudladırmaq niyyəti də görür. Bundan başqa, strateji əhəmiyyətli neft-qaz kəmərlərinin şimal qonşumuzun nəzarətinə altına keçməsi təhlükəsi yarana bilər ki, bu da Bakı ilə yanaşı, Qərbə, ABŞ-a da xəbərdarlıq mesajı təsiri bağışlayır. 
Ancaq bunlar, qeyd edildiyi kimi, yalnız mümkün ssenarilərdir. Onların nə dərəcədə real olması yəqin ki, həm də Suriya məsələsində ABŞ və Rusiyanın anlaşıb-anlaşmayacağından, ümumiyyətlə, Yaxın Şərq böhranının necə yoluna qoyulacağından asılı olacaq…       
Previous Post

Putinin Azərbaycan hədəfi – Qarabağ və neft kəmərləri…

Next Post

Əla nəticədir, ancaq… – Rövnəq Abdullayev

Bənzər yazılar

FHN əməkdaşlarının sağlamlığı daim diqqətdə saxlanılır – FOTO/VİDEO

FHN əməkdaşlarının sağlamlığı daim diqqətdə saxlanılır – FOTO/VİDEO

24 Oktyabr 2026 - 12:08

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşlarının sağlamlıq vəziyyəti daim diqqətdə saxlanılır. Bu məqsədlə, Xidmət tərəfindən təkcə Bakı şəhərində...

Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb

Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb

23 Oktyabr 2026 - 20:57

İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin iqtisadiyyatını və bank sektorunu sərt beynəlxalq sanksiyaların tətbiq edilməsi ehtimalına qarşı hazırlamağa çağırıb. Elchi.az...

Gəncədə beşaylıq körpə ölüb

Gəncədə beşaylıq körpə ölüb

23 Oktyabr 2026 - 20:55

Gəncədə beşaylıq körpə ölümü qeydə alınıb. "Report"-ın məlumatına görə, Gədəbəy rayon sakini 2026-cı il təvəllüdlü X. Məmmədova ağır vəziyyətdə Gəncə Birləşmiş...

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

23 Oktyabr 2026 - 20:50

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə...

Next Post

Əla nəticədir, ancaq... - Rövnəq Abdullayev

Əla nəticədir, ancaq... - Rövnəq Abdullayev

Son xəbərlər

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

24 Oktyabr 2026 - 12:40
Rusiyanın Oryol şəhərinə hücum nəticəsində üç nəfər ölüb

Rusiyanın Oryol şəhərinə hücum nəticəsində üç nəfər ölüb

24 Oktyabr 2026 - 12:16
Ukrayna: “Starlink” və “Starshield” rabitə sistemlərinin sürəti saatda 400 kilometri ötüb

Ukrayna: “Starlink” və “Starshield” rabitə sistemlərinin sürəti saatda 400 kilometri ötüb

24 Oktyabr 2026 - 12:11
FHN əməkdaşlarının sağlamlığı daim diqqətdə saxlanılır – FOTO/VİDEO

FHN əməkdaşlarının sağlamlığı daim diqqətdə saxlanılır – FOTO/VİDEO

24 Oktyabr 2026 - 12:08
Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

24 Oktyabr 2026 - 12:07
Zelenski: Ukrayna işğal olunmuş əraziləri Rusiyanın tərkib hissəsi kimi tanımayacaq

Zelenski: Ukrayna işğal olunmuş əraziləri Rusiyanın tərkib hissəsi kimi tanımayacaq

24 Oktyabr 2026 - 12:01
Sabah Bolqarıstanda prezident seçkilərinə səsvermə keçiriləcək

Sabah Bolqarıstanda prezident seçkilərinə səsvermə keçiriləcək

24 Oktyabr 2026 - 11:39
Bakıda kütləvi dava zamanı bir nəfər öldürülüb, 9 nəfər saxlanılıb – YENİLƏNİB

Bakıda kütləvi dava zamanı bir nəfər öldürülüb, 9 nəfər saxlanılıb – YENİLƏNİB

24 Oktyabr 2026 - 11:36
Hakan Çalhanoğlunun “İnter”də maaşı azala bilər

Hakan Çalhanoğlunun “İnter”də maaşı azala bilər

24 Oktyabr 2026 - 11:34
Filippində təlim təyyarələri qəza törədib, 4 nəfər ölüb

Filippində təlim təyyarələri qəza törədib, 4 nəfər ölüb

24 Oktyabr 2026 - 11:32
Kim Çen In yeni açılan körpü ilə Çinə səfər edib

Kim Çen In yeni açılan körpü ilə Çinə səfər edib

24 Oktyabr 2026 - 11:10
“Aİ4DOST Sosial Mükafatı 2026” müsabiqəsi qaliblərinə mükafatlar təqdim edilib

“Aİ4DOST Sosial Mükafatı 2026” müsabiqəsi qaliblərinə mükafatlar təqdim edilib

24 Oktyabr 2026 - 11:09
Ötən gün itkin düşmüş 5 nəfər tapılılb

Ötən gün itkin düşmüş 5 nəfər tapılılb

24 Oktyabr 2026 - 10:52
Bakıda və Abşeron yarımadasında 7 mm-dək yağıntı qeydə alınıb – FAKTİKİ HAVA

Bakıda və Abşeron yarımadasında 7 mm-dək yağıntı qeydə alınıb – FAKTİKİ HAVA

24 Oktyabr 2026 - 10:50
Azərbaycan neftinin qiyməti 127 dollara yaxınlaşıb

Azərbaycan neftinin qiyməti 127 dollara yaxınlaşıb

24 Oktyabr 2026 - 10:49
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.