Rusiya Federasiyasının prezidenti Vladimir Putin Dövlət Dumasına Mixail Mişustinin baş nazir vəzifəsinə namizədliyini təqdim edib.
Elchi.az TASS.ru-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodin öz Teleqram kanalında bildirib.
“Prezident Vladimir Vladimiroviç Putin Dövlət Dumasına Mixail Vladimiroviç Mişustinin baş nazir postuna namizədliyi ilə bağlı təklif təqdim edib”, -deyə o yazıb.
Qeyd edək ki, Putinin andiçmə mərasimindən dərhal sonra Mixail Mişustinin başçılığı ilə Nazirlər Kabineti istefa verib. Baş nazirin namizədliyi mayın 10-da Dövlət Dumasının plenar iclasında təsdiqlənəcək.
Yeganə