Putin: Kim olduğumuzu başa düşməliyik

31

Rusiya prezidenti Vladimir Putin hesab edir ki, öz tarixinə hörmətlə yanaşmaq lazımdır.

Elchi.az Vesti.ru-ya istinadən xəbər verir ki, Putin bu barədə Moskva Dövlət Universitetinin tələbələri ilə bu gün baş tutan görüşündə deyib.

Rusiya prezidenti qeyd edib:

“Biz bu mürəkkəb dünyada kim olduğumuzu, gələcəyimizin nə olduğunu başa düşməliyik. Biz çoxqütblü dünya haqqında tez-tez eşidirik. Ancaq Rusiyanın bu mürəkkəb sistemdə hansı yeri tutduğunu, qlobal müxtəlifliyin və standartların nə olduğunu anlamaq lazımdır”.

Bundan əvvəl ölkə prezidenti Ukraynaya qoşun yeritməsinin səbəblərindən danışıb. O, yeni regionlarda ümumrusiya tələbə tikintisi layihəsinin keçirilməsi təklifinə də münasibət bildirib.

Yeganə

Həmçinin oxuyun:

Putin tələbələrlə görüşəcək