"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home DÜNYA

Putin hakimiyyətin qollarına nəzarəti itirə bilər…

03 Oktyabr 2022 - 13:57
in DÜNYA
FacebookVatsap

“Rusiyanın siyasi-ictimai elitasında mövcud vəziyyətin olduqca təhlükəli olduğunu anlayanlar kifayət qədərdir. Onların bir çoxu bəzi reallıqları açıq şəkildə dilə gətirməyə cəsarət etmirlər. Çünki, bu halda, Rusiyada “müharibə dövrünün qanunları” onları da hədəfə ala bilər”.

Bunu da oxuyun

Rumıniyaya daxil olan ukraynalı qaçqınların sayı 16 milyonu keçib

Roma Papası: “Dünya idarəolunmaz silahlanma yarışı ilə üz-üzədir”

İraqın Ən-Nəcəf hava limanı İrana bütün reysləri dayandırıb

Elchi.az xəbər verir ki, bu barədə politoloq Elçin Xalidbəyli FB hesabında bildirib:

“Düzdür, bu barədə hələlik “qırmızı cizgiləri” keçmədən danışanlar da var. Ancaq belələrinin əsas hədəfi əsla Rusiyanın Ukrayna savaşına başlamaqla, taleyüklü səhvə yol verdiyini arqumentləşdirmək deyil. Əksinə, “tənqid edənlər” savaşı dəstəklədiklərini qabardırlar və savaş meydanındakı məğlubiyyətləri konkret hərbi məmurların üzərinə yükləyirlər.
Belə anlaşılır ki, Rusiyanın hərbi-siyasi elitasında daxili çəkişmələr mövcuddur. Bu çəkişmələr hərbi məğlubiyyətlərdən istifadə edərək, rəqiblərin sıxışdırılmasına cəhdlər ilə müşayiət olunur. Bəzi məlumatlara görə, Rusiyada üç hərbi güc mərkəzi fəaliyyət göstərir və onların arasında kəskin ziddiyyətlər mövcuddur. Hazırda Rusiya Müdafiə Nazirliyi, Rosqvardiya və “Vaqner” hərbi şirkəti arasında amansız mübarizə gedir. Müşahidələrə əsasən, Rosqvardiya və “Vaqner”in Rusiya Müdafiə Nazirliyinə qarşı birləşdiyini ehtimal etmək olar.
Onu da qeyd etmək lazımdır ki, belə daxili çəkişmələr ən çox Putin hakimiyyətinə təhlükə yaradır. Hər halda, Ukrayna savaşındakı ağır məğlubiyyətlərlə yanaşı, Rusiyanın hərbi güc mərkəzləri arasındakı ziddiyyətlər də Putin hakimiyyətini zəiflədir. Çünki, son vaxtlara qədər bu güc mərkəzləri arasında balansın qorunmasına nail olan prezident Vladimir Putinin indi bu məsələdə hər ötən gün daha çox dalana dirəndiyi bildirilir. Hər halda, Kreml sahibi əvvəl-axır qarşıduran tərəflərdən hansınınsa, müdafiə etmək məcburiyyətində qala bilər. Bu isə istər-istəməz balansın pozulması, Putin hakimiyyəti daxilində gərginliyin həlledici mərhələyə keçməsi deməkdir.
Ona görə də, Kreml sahibi Ukrayna savaşından mümkün qədər tez bir zamanda çıxmağın yollarını axtarmaq məcburiyyətində qalıb. Ancaq Putin hakimiyyətinin davam etməsi üçün Rusiyanın qalıb görkəmdə çıxması əsas şərtlərdən biridir. Əks halda, Ukraynaya qarşı savaşın niyə başladıldığı, bu müharibədə çoxlu sayda canlı qüvvə və hərbi texnika itkilərinin səbəbini izah etmək çətin olar. Və bu, onsuz da nüfuzu bütün hakimiyyəti dövründə ilk dəfə bu qədər sarsılmış prezident Vladimir Putinin sonunu gətirə bilər.
Təbii ki, Kreml sahibi bunu hamıdan yaxşı anlayır. Ona görə də, ata biləcəyi son addımları sınaqdan çıxarır. Belə ki, bir tərəfdən, qismən səfərbərlik elan edərək, ABŞ və Qərbə Rusiya ordusunun yenidən gücləndirilməkdə olduğunun mesajını verməyə çalışır. Digər tərəfdən isə, Ukrayna ərazisini beynəlxalq hüquq normalarına zidd “referendum”larla parçalayıb, ilhaq edir. Bununla da, Rusiya cəmiyyətinə Ukrayna savaşında ölkənin qalib durumda oldunu qəbul etdirməyə cəhd göstərir.
Halbuki, Kreml sahibi özü də bilir ki, ilhaq olunmuş torpaqlar heç vaxt Rusiya ərazisi kimi tanınmayacaq. Ona görə də, Ukrayna ərazilərinin Rusiyaya birləşdirilməsi ilə bağlı “mərasim”də prezident Vladimir Putin rəsmi Kiyevə sülh danışıqları təklif etdi. Əsas məqsəd ondan ibarətdir ki, sülh danışıqlarında Ukrayna indiki situasiyanın beynəlxalq hüquqla tanınması ilə razılaşsın. Və Kreml sahibi rəsmi Kiyevi, eləcə də, Rusiya əleyhinə beynəlxalq koalisiyanı buna məcbur buraxmaq üçün ən yolverilməz hərbi təhdid mexanizmini – nüvə silahını da dərhal ön plana çıxartdı.
Göründüyü kimi, Rusiya və Putin hakimiyyəti həm savaş meydanında, həm də ölkədaxili məkanda çıxılmaz “labirintə” düşüb. Yeganə xilas yolu isə məhz ABŞ və Qərbin, eləcə də Ukraynanın da bu “labirint”in içinə çəkilməsi ola bilər. Və nüvə müharibəsinə başlamaqla bağlı təhdidlər də məhz bu məqsədə xidmət edir.
Maraqlıdır ki, Ukrayna ordusu ilk mərhələdə Kreml sahibinin ilhaq prosesi üzərindən qurduğu planları pozmağa başlamış kimi görünür. Çünki, Kremlin ilhaq etdiyi coğrafi ərazinin tərkibinə daxil olan strateji əhəmiyyətli Liman şəhəri işğaldan azad edilib. Bununla da, Kremlin Rusiyanın “yeni sərhədləri” içərisində hesab etdiyi ərazilərdə döyüş əməliyyatlarına cəsarət edilməyəcəyi ilə bağlı ümidlər dərhal dağıdılmış oldu.
Belə vəziyyət Kremli daha böyük hərbi-siyasi təhlükə qarşısında buraxır. Çünki, strateji Liman şəhərində Rusiyanın minlərlə canlı qüvvə və çoxlu sayda hərbi texnika itirdiyi bildirilir. Üstəlik, bu hərbi məğlubiyyət Rusiya hərbi-siyasi elitasında və cəmiyyətində həm narazılıqları, həm də ziddiyyətləri dərinləşdirir. Və yaxın vaxtlarda Rusiyada qismən səfərbərliyin də əlavə impuls verdiyi ölkədaxili kütləvi etiraz aksiyalarının intensivləşə biləcəyi də qətiyyən istisna deyil.
Hazırda Kreml sahibi öz hakimiyyətini və Rusiyanın beynəlxalq mövqelərini xilas etmək üçün əlindəki sonuncu hərbi-siyasi təsir mexanizmini işə salmaq məcburiyyətində qalmış kimi görünür. Son məlumatlara görə, Rusiyanın hərbi-siyasi elitasında Ukraynaya qarşı taktiki nüvə silahından istifadə mövzusu ciddi şəkildə müzakirə olunur. İddialara görə, bu qorxunc silahdan istifadə edilməsinin həm tərəfdarları, həm də əleyhdarları kifayət qədərdir.
Maraqlıdır ki, Rusiya siyasi dairələrində artıq açıq şəkildə taktiki nüvə silahından istifadəyə çağırışlar edilməyə başlayıb. Bu çağırışlar bir tərəfdən Ukraynanın rəsmi dairələrini, digər tərəfdən isə ABŞ və Qərbi şantaj etmək məqsədi güdür. Və buna verilən reaksiyalar da qətiyyən birmənalı deyil.
Məsələ ondadır ki, prezident Volodimir Zelenski Rusiyanın nüvə silahından istifadə edəcəyinə inanmadığını açıq şəkildə bəyan edib. Üstəlik, ABŞ və Qərbi nüvə təhdidləri qarşısında geri çəkilməməyə, daha cəsarətli olmağa çağırıb. Eyni zamanda, prezident Vladimir Putinin hakimiyyətdə olduğu dövrdə Rusiya ilə sülh danışıqları aparılmayacağını da birmənalı şəkildə vurğulayıb.
Qərbdə isə heç də hamı prezident Volodimir Zelenski qədər optimist deyil. Hesab olunur ki, prezident Vladimir Putin ən çıxılmaz vəziyyətdə taktiki nüvə silahından istifadə etmək qərarı verə bilər. Bu isə yalnız Ukrayna deyil, bütün dünya üçün faciəvi nəticələr vəd edir.
Ona görə də, hazırda Qərb hərbi-siyasi dairələrində dünyanı artıq real görüntülər almaqda olan nüvə müharibəsindən yayındırmağın mümkün yolları müzakirə edilir. Və hadisələrin belə inkişafı indi olduqca taleyüklü vəziyyətdə olan Putin hakimiyyətinə də müəyyən ümidlər verir”.

Yeganə

Previous Post

Putin hakimiyyətin qollarına nəzarəti itirə bilər…

Next Post

“ABŞ-la Rusiya Cənubi Qafqazı yağlı tikələrdən biri kimi nəzərində saxlayır”

Bənzər yazılar

Rumıniyaya daxil olan ukraynalı qaçqınların sayı 16 milyonu keçib

Rumıniyaya daxil olan ukraynalı qaçqınların sayı 16 milyonu keçib

25 Sentyabr 2026 - 18:29

2022-ci il fevralın 10-dan sonra Rumıniya ərazisinə daxil olan ukraynalı qaçqınların sayı 16 milyonu ötüb. Elchi.az xəbər verir ki, bu...

Roma Papası: “Dünya idarəolunmaz silahlanma yarışı ilə üz-üzədir”

Roma Papası: “Dünya idarəolunmaz silahlanma yarışı ilə üz-üzədir”

25 Sentyabr 2026 - 17:59

Roma Papası XIV Lev Fransaya səfəri zamanı, dünyanın yeni silahlanma yarışı mərhələsi ilə qarşılaşdığı bir fonda, Parisi qlobal dialoq və...

İraqın Ən-Nəcəf hava limanı İrana bütün reysləri dayandırıb

İraqın Ən-Nəcəf hava limanı İrana bütün reysləri dayandırıb

25 Sentyabr 2026 - 16:50

İraqın Ən-Nəcəf Beynəlxalq Hava Limanı yerli vaxtla cümə günü saat 02:00-dan (Bakı vaxtı ilə 03:00) etibarən xüsusi sərəncamadək İrana və...

Əraqçi Lavrovla Hörmüz boğazını və ABŞ ilə təmasları müzakirə edib

Əraqçi Lavrovla Hörmüz boğazını və ABŞ ilə təmasları müzakirə edib

25 Sentyabr 2026 - 16:38

İranın xarici işlər naziri Abbas Əraqçi BMT Baş Assambleyasının sessiyası çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla görüşündə Tehran və Maskat arasında...

Next Post
“ABŞ-la Rusiya Cənubi Qafqazı yağlı tikələrdən biri kimi nəzərində saxlayır”

"ABŞ-la Rusiya Cənubi Qafqazı yağlı tikələrdən biri kimi nəzərində saxlayır"

“ABŞ-la Rusiya Cənubi Qafqazı yağlı tikələrdən biri kimi nəzərində saxlayır”

"ABŞ-la Rusiya Cənubi Qafqazı yağlı tikələrdən biri kimi nəzərində saxlayır"

Son xəbərlər

Ceyhun Bayramov Şimali Kipr Türk Respublikasının xarici işlər naziri ilə görüşüb

Ceyhun Bayramov Şimali Kipr Türk Respublikasının xarici işlər naziri ilə görüşüb

25 Sentyabr 2026 - 19:18

Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib

25 Sentyabr 2026 - 19:09
“Birliyin Gücü – 2026” təliminin iştirakçıları üçün konsert təşkil edilib – VİDEO

“Birliyin Gücü – 2026” təliminin iştirakçıları üçün konsert təşkil edilib – VİDEO

25 Sentyabr 2026 - 19:01
PA Vətəndaş Qəbulu Mərkəzində oktyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

PA Vətəndaş Qəbulu Mərkəzində oktyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Sentyabr 2026 - 18:52
Ədliyyə naziri Xankəndidə vətəndaşları qəbul edəcək

Ədliyyə naziri Xankəndidə vətəndaşları qəbul edəcək

25 Sentyabr 2026 - 18:44
Pensiyalar bu tarixdə VERİLƏCƏK – RƏSMİ

Sentyabrın müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib

25 Sentyabr 2026 - 18:37
Rumıniyaya daxil olan ukraynalı qaçqınların sayı 16 milyonu keçib

Rumıniyaya daxil olan ukraynalı qaçqınların sayı 16 milyonu keçib

25 Sentyabr 2026 - 18:29
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

25 Sentyabr 2026 - 18:15
Roma Papası: “Dünya idarəolunmaz silahlanma yarışı ilə üz-üzədir”

Roma Papası: “Dünya idarəolunmaz silahlanma yarışı ilə üz-üzədir”

25 Sentyabr 2026 - 17:59
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

25 Sentyabr 2026 - 17:47
Qusarda özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara baxış olub

Qusarda özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara baxış olub

25 Sentyabr 2026 - 17:35
Tramp Si Cinpinlə danışıqlardan sonra “möhtəşəm nəticələr” gözləyir

Tramp Si Cinpinlə danışıqlardan sonra “möhtəşəm nəticələr” gözləyir

25 Sentyabr 2026 - 17:27
“Rusiyanın xeyir-duası olmadan nə Zəngəzur dəhlizi açılacaq, nə də…” – Deputatdan ŞOK proqnoz

“Rusiyanın xeyir-duası olmadan nə Zəngəzur dəhlizi açılacaq, nə də…” – Deputatdan ŞOK proqnoz

25 Sentyabr 2026 - 17:22
MN rəhbərliyi “Birliyin Gücü – 2026” birgə hərbi təlimini izləyib – VİDEO

MN rəhbərliyi “Birliyin Gücü – 2026” birgə hərbi təlimini izləyib – VİDEO

25 Sentyabr 2026 - 17:20
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB

HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB

25 Sentyabr 2026 - 17:13
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.