Putin FSB kollegiyasının iclasında iştirak edəcək

69

Rusiya prezidenti Vladimir Putin gələn həftə Rusiya FSB-nin kollegiyasının iclasında iştirak edəcək.

Elchi.az xəbər verir ki, bu barədə “Rossiya 1” telekanalı “Telegram” kanalında məlumat verib.

Prezidentin iş qrafikinə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının üzvləri ilə görüş də daxildir.

Putin “Delovaya Rossiya”nın nümayəndələri ilə də ünsiyyət qurmağı planlaşdırır. Bundan əlavə, Rusiya liderinin Moskva meri Sergey Sobyanin ilə birlikdə Böyük Dairə metro xəttini açacağı gözlənilir.

Yeganə