Putin: “Dövlətimizin gələcəyi bundan asılıdır”

45

Rusiya prezidenti Vladimir Putin hökumət üzvləri ilə videokonfrans vasitəsilə görüşüb.

Elchi.az Vesti.ru-ya istinadən xəbər verir ki, açılış nitqi ilə çıxış edən Putin bildirib ki, bir gün əvvəl Təhsil nazirliklərinin rəhbərləri ilə görüşüb, onlarla təhsilin inkişafı ilə bağlı müzakirələr aparıb.

Rusiya Prezidenti deyib ki, hər bir insanda dünyagörüşünün əsasını formalaşdıran şəxs müəllim olduğu üçün ölkə müəllimin rolunu və əhəmiyyətini aydın dərk edir.

“Dövlətimizin davamlılığı və sabitliyi bundan asılıdır”,-deyə Putin bildirib.

Putin həmçinin qeyd edib ki, son iki ildə ali məktəblərə pedaqoji ixtisaslar üzrə qəbul artıb. Onun sözlərinə görə, artım 10 min nəfər təşkil edib.

Yeganə