Qərb ölkələri ilə Rusiya arasında onilliklər ərzində normal münasibətlər olmayacaq. Rusiya Prezidenti Vladimir Putin hərbi cinayətkar və terrorçudur.
Elchi.az xəbər verir ki, bunu Almaniya Bundestaqının müdafiə komitəsinin rəhbəri Mari-Aqnes Ştrak-Zimmerman deyib.
“Rusiya sivil dövlətlər sırasını tərk edib, Vladimir Putin isə hərbi cinayətkar, terrorçu, kütləvi qatildir. Hər gün öldürən, yandıran, işgəncə verən və zorlayan bir çox rus əsgəri də bu müharibədə məsuliyyət daşıyır. Onilliklər ərzində Rusiya ilə normal münasibətlər olmayacaq. Rusiyada siyasi sistem tamamilə dəyişdirilməlidir. Əgər Rusiya dəyişsə, yenidən münasibətlər normallaşacaq”, – Strak-Zimmerman bildirib.
Qətərin Baş naziri ABŞ və İrana çağırış etdi: Mükəmməl sülh razılaşmasını gözləmək olmaz
ABŞ və İran gərginliyin daha da artmasının qarşısını almaq üçün sülh razılaşması qazanmaq fürsətini əldən verməməlidirlər. Elchi.az xəbər verir ki,...






















Son şərhlər