Putin buna görə qəfil atəşkəs elan etdi

19

Rusiya Prezidenti Vladimir Putinin qəfil atəşkəs elan etməsində xüsusi məqsədi var.

Elchi.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

“Rusiya lideri atəşkəs əldə etmək istəyir, çünki işğalçı qüvvələr güc toplayıb, cəbhənin mühüm sektorlarında hücum əməliyyatlarını bərpa etməlidirlər. Atəşkəs işğalçılar üçün faydalıdır. Putin Kiyevdən Kremlin qəfil elan etdiyi atəşkəs rejiminə riayət edəcəyini gözləmir. Ola bilsin ki, o, Ukraynanı informasiya sahəsində sülh istəməyən ölkə kimi göstərmək üçün atəşkəsə çağırıb. Bu, Rusiyanın əvvəllər də istifadə etdiyi düşünülmüş informasiya taktikasıdır”, – məlumatda deyilib.