Putin bu ərazini istəyir: “Yenidən əməliyyatlar başlayacaq”

48

Rusiya ordusu hücum imkanlarını Ukraynanın Donetsk vilayətinin Baxmut və digər şəhərlərinə yönəldir.

Bunu Ukrayna Baş Qərargahının sözçüsü Oleksandr Ştupun bildirib.

Sözçü paylaşdığı video-mesajda ​​Rusiya ilə Ukrayna arasında davam edən müharibə ilə bağlı son hadisələri dəyərləndirib.

Rusiya qüvvələrinin Ukraynanın müxtəlif bölgələrində hava hücumlarını davam etdirdiyini bildirən Ştupun, Xarkov vilayətinin Kupyansk şəhərində mülki infrastrukturlara gündə iki dəfə hava hücumu təşkil edildiyini vurğulayıb:

“Ukraynanın sərhəd qonşusu Belarusda yerləşdirilən Rusiya döyüş təyyarələri də Ukrayna üçün təhlükə yaradır. Luqansk və Donetsk bölgələrində qızğın toqquşmalar gedir. Rusiya qüvvələri xüsusilə Baxmut istiqamətində hücumları artırmağa çalışır. Düşmən bütün səylərini Baxmut, Avdiivka və Novopavlovka tərəfində hücum əməliyyatlarını davam etdirməyə yönəldir”.

Ukraynanın Donetsk vilayətinin Baxmut şəhərində gərgin toqquşmalar davam edir. Donetsk bölgəsini tamamilə ələ keçirmək istəyən Rusiya Baxmut şəhərinə də nəzarət etmək istəyir. /Teleqraf.com