Putin: Biznesin uğuru bütövlükdə ölkənin uğurudur

103

Rusiya prezidenti Vladimir Putin rusiyalı iş adamlarını mayın 26-da qeyd olunan Sahibkarlar Günü münasibətilə təbrik edib.

Elchi.az bu barədə Smotrim.ru-ya istinadən xəbər verir.

“Öz işi ilə məşğul olmaq, ilk növbədə, hərtərəfli bilik və xüsusi istedad, risk etmək bacarığı, səy və resursları cəmləşdirmək, hamını vahid məqsəd ətrafında birləşdirmək bacarığı tələb edən ağır gündəlik işdir”, – deyə Putin vurğulayıb.

Putin biznesin uğurunun bütövlükdə ölkənin uğuru olduğunu başa düşməyin vacibliyini də qeyd edib. O, bu gün biznesin təkcə iqtisadi həyatla məhdudlaşmadığına da diqqət çəkib:

“Daxili sahibkarlığın tarixinin dirçəldilməsi və yeni ənənələrinin inkişafı sosial sabitliyin və suverenliyimizin əsas amillərindən biridir”, – deyə Rusiya prezidenti bildirib.

Yeganə