Rusiya prezidenti Vladimir Putin Xavyer Xerardo Mayli Argentina prezidenti seçilməsi münasibətilə təbrik edib. Elchi.az xəbər verir ki bu barədə Kremlinnin “Teleqram” saytında yerləşdirilib.
Putin təbrikində Cənubi Amerika ölkəsi ilə müxtəlif sahələrdə strateji tərəfdaşlığın daha da inkişaf etdiriləcəyinə və aktual beynəlxalq problemlər üzrə konstruktiv dialoqa ümid etdiyini bildirib.
Rusiya lideri Mayliyə “dövlət başında belə məsuliyyətli fəaliyyətində uğurlar, sağlamlıq və rifah” arzulayıb.
Havar Şəfiyeva



















Son şərhlər