Putin: “ABŞ-la heç bir ölkə dostluq etmir”

98

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın müttəfiqlərinə və tərəfdaşlarına təzyiq siyasəti yürütdüyünü bildirib. Onun fikrincə, Vaşinqtonun dostları yoxdur, yalnız öz maraqları var. Elchi.az xəbər verir ki, Rusiya prezidenti bunu Şərq İqtisadi Forumunun plenar iclası zamanı deyib.

“Onlar öz müttəfiqlərinə və qondarma tərəfdaşlarına təzyiq göstərirlər. Onların dostları yoxdur, sadəcə maraqları var. Bu, Britaniyanın məşhur formulunun davamıdır”, – deyə Putin bildirib.

O, həmçinin əlavə edib ki, xarici siyasətdə Qərbdə olduğu kimi başqa ölkələrin maraqlarına zidd addımlar ata bilməz.

Havar Şəfiyeva