Priqojinin telefonu qəza yerindən tapıldı

103

Əl-Cəzirə məlumat verir ki, “Wagner PMC”inin yaradıcısı Yevgeni Priqojinin telefonu onun təyyarəsinin qəzaya uğradığı yerdə tapılıb. Elchi.az bu barədə Lent.ru-ya istinadən xəbər verir.

“Vaqner şirkətindəki mənbə bildirib ki, Priqojinin telefonu cəsədlərdən birinin yaxınlığında tapılıb. Eyni zamanda Priqojinin cəsədinin qalıqlar arasında olduğu hələ təsdiqlənməyib”, – materialda deyilir.

Qeyd olunur ki, nəşr özəl şirkətdəki mənbəyə istinadən yazır, bu məlumatın rəsmi təsdiqi yoxdur.

Qeyd edək ki, avqustun 23-ü axşam saatlarında Tver vilayətinin Kujenkino kəndi yaxınlığında təyyarənin qəzaya uğraması barədə məlum olub. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, təyyarədə üç ekipaj üzvü və yeddi sərnişin də daxil olmaqla on nəfər olub, onların arasında Yevgeni Priqojin də olub.

Havar Şəfiyeva