"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

`Prezidentin cəbhə bölgəsinə getməsi ciddi mesajdır` – Deputatlar

02 May 2016 - 15:52
in MANŞET
FacebookVatsap

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan prezidenti İlham Əliyev cəbhəyanı rayonlara səfər edib. Ölkə başçısı səfər zamanı hərbçilərə baş çəkib, yerli sakinlərə görüşüb. Prezident, həmçinin erməni işğalı nəticəsində dağılan evlərə baxış keçirirək yerli sakinlərin qarşısında çıxış edib.

Bunu da oxuyun

Sabah bəzi rayonlarda leysan olacaq – XƏBƏRDARLIQ

Meloni vəzifəsində rekord müddət qalması münasibətilə təbrikə görə İlham Əliyevə təşəkkür edib

Netanyahu: “İran rejiminin devrilməsi əlçatan məsafədədir”

 

Ali Baş Komandan cəbhə bölgəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox mühüm tezislər səsləndirib. Azərbaycan prezidenti vurğulayıb ki, Ermənistana beynəlxalq təzyiqlər artan zaman işğalçı dövlət danışıqlar prosesindən yayınmaq üçün atəşkəs rejimini pozur və təxribata əl atır.

Prezident qeyd edib ki, Azərbaycan bu vəziyyətlə heç vaxt barışmayacaq. Hazırda təmas xəttində üstünlüyün tamamilə Azərbaycan tərəfində olduğunu və döyüş mövqelərimizin daha da möhkəmləndiyini deyən prezident İlham Əliyev dövlətimizin ordu quruculuğu ilə bağlı əvvəlcədən gördüyü hərtərəfli tədbirlərin özünü doğrultduğunu vurğulayıb.

Prezidentin cəbhə bölgəsinə səfərini şərh edən millət vəkili, politoloq Elman Nəsirovun fikrincə, ölkə başçısının səsləndirdiyi tezislərin əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycan münaqişənin həlli ilə bağlı sülh prosesinə hər zaman sadiqdir:

“Düşmən tərəf zəifliyinin göstəricisi olaraq, daha çox dinc əhalini, yaşayış məntəqələrini seçir. Bu, birbaşa onun təsdiqidir ki, düşmən ordumuzla üz-üzə dayana bilmir. Erməniləri özlərini terrorçu kimi aparır və əliyalın, dinc əhalini hədəf alır. Ermənistandan fərqli olaraq Azərbaycanın bu məsələdə mövqeyi dəyişməzdir. Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiq qalıb və işğal altındakı ərazilərimizin geri qaytarılması ilə bağlı qətiyyətli siyasətini davam etdirəcək.

Hazırki situasiyaya görə məsuliyyət Ermənistanın, havadarlarının və beynəlxalq ictimaiyyətin üzərinə düşür. Ən böyük məsuliyyyəti ATƏT-in Minsk qrupu daşıyır.

Dünənki çıxışında ölkə başçısı ictimaiyyət nümayəndələrini əmin etdi ki, mütləq ərazi bütövlüyümüz təmin olunacaq və bunun üçün bütün imkanlar var”.

E.Nəsirov bildirib ki, prezidentin səfəri erməni terrorizminin beynəlxlaq ictimaiyyətin diqqətinə çatdırılması baxımından çox əhəmiyyətlidir: “Ermənistanda terror dövlət səviyyəsində həyata keçirilir.Bugünki reallıq, danışıqların bərpa edilməməsinə görə Sarkisyan rejimi böyük məsuliyyət daşıyır. Amma Sarkisyanın danışıqlara getməməsini tələb edən, müqavimət göstərən qüvvələr sırasında Ermənistan parlamentində təmsil olunan terrorçu “Daşnaq sütyun” partiyası ön sıradadır”.

Millət vəkili Aqil Abbas hesab edir ki, ölkə başçısının cəbhəyanı rayonlara səfəri dünyaya ciddi mesajdır: “Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə cəbhə bölgəsinə səfərlər edib. Bu səfər son hadisələrlə yerində tanış olmaq xarakteri daşıyır. Ölkə başçısının cəbhə xəttinə səfəri əsgərlərə, zabitlərə, cəbhəyanı bölgədə yaşayan sakinlərə ruh yüksəkliyi verir. İnsan atasını görəndə necə qürrələnirsə, hərbçilər də Ali Baş Komandanı görən zaman qürrələnirlər, onların ruh yüksəkliyi artır”.

Deputatın fikrincə, prezidentin cəbhə bölgəsindən verdiyi mesaj təkcə Ermənistana ünvanlanmayıb, onların havadarları da öz paylarını götürürlər.

“Məgər Ermənistan var? Biz onlarla vuruşuruq? Azərbaycan ordusu erməniləri bir həftəyə İrəvana qədər qovub çıxarar. Ölkə başçısı dünyaya mesaj verdi ki, Azərbaycan torpaqlarının bir qarışından belə imtina etməyəcək”.

Previous Post

`Prezidentin cəbhə bölgəsinə getməsi ciddi mesajdır` – Deputatlar

Next Post

Gəncədə yeni kinoteatr açıldı

Bənzər yazılar

Sabah bəzi rayonlarda leysan olacaq – XƏBƏRDARLIQ

Sabah bəzi rayonlarda leysan olacaq – XƏBƏRDARLIQ

04 Sentyabr 2026 - 21:55

Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə...

Meloni vəzifəsində rekord müddət qalması münasibətilə təbrikə görə İlham Əliyevə təşəkkür edib

Meloni vəzifəsində rekord müddət qalması münasibətilə təbrikə görə İlham Əliyevə təşəkkür edib

04 Sentyabr 2026 - 20:59

İtaliyanın Baş naziri Corcia Meloni Azərbaycan Prezidenti İlham Əliyevə hökumət başçısı postunda ən uzun müddət qalması münasibətilə təbrikinə görə təşəkkür...

Netanyahu: “İran rejiminin devrilməsi əlçatan məsafədədir”

Netanyahu: “İran rejiminin devrilməsi əlçatan məsafədədir”

04 Sentyabr 2026 - 13:00

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, İran rejimi çökmək üzrədir və onun devrilməsi yaxın gələcəkdə reallığa çevrilə bilər. Elchi.az...

İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi Cenevrədə müzakirə olunub

İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi Cenevrədə müzakirə olunub

03 Sentyabr 2026 - 20:01

Beynəlxalq və regional parlament təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi təcrübə mübadiləsinə, ortaq problemlərə birgə həllərin tapılmasına və müxtəlif regionların prioritetlərinin qlobal...

Next Post

Gəncədə yeni kinoteatr açıldı

Gəncədə yeni kinoteatr açıldı

Son xəbərlər

Rusiya Ukraynaya “İskəndər”lə zərbə endirdi

Rusiya Ukraynaya “İskəndər”lə zərbə endirdi

05 Sentyabr 2026 - 10:55
Ombudsman: Azərbaycanda saxlanılan erməniəsilli şəxslərlə görüşlər keçirilib, hüquq və azadlıqları izah edilib

Ombudsman: Azərbaycanda saxlanılan erməniəsilli şəxslərlə görüşlər keçirilib, hüquq və azadlıqları izah edilib

05 Sentyabr 2026 - 10:30
Azərbaycan nefti 104.2 dollara ticarət olunur

Azərbaycan nefti 104.2 dollara ticarət olunur

05 Sentyabr 2026 - 10:14
Dünya bazarlarında neft bahalaşıb

Dünya bazarlarında neft bahalaşıb

05 Sentyabr 2026 - 10:01
Sabah bəzi rayonlarda leysan olacaq – XƏBƏRDARLIQ

Sabah bəzi rayonlarda leysan olacaq – XƏBƏRDARLIQ

04 Sentyabr 2026 - 21:55
ABŞ Uitkoffla Kuşnerin səfəri müddətində Ukrayna və Rusiyanı qarşılıqlı zərbələri dayandırmağa çağırıb

ABŞ Uitkoffla Kuşnerin səfəri müddətində Ukrayna və Rusiyanı qarşılıqlı zərbələri dayandırmağa çağırıb

04 Sentyabr 2026 - 21:53
Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

04 Sentyabr 2026 - 21:09
MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

04 Sentyabr 2026 - 21:05
Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub

Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub

04 Sentyabr 2026 - 21:03
Meloni vəzifəsində rekord müddət qalması münasibətilə təbrikə görə İlham Əliyevə təşəkkür edib

Meloni vəzifəsində rekord müddət qalması münasibətilə təbrikə görə İlham Əliyevə təşəkkür edib

04 Sentyabr 2026 - 20:59
Məhkəmə Qaqik Tsarukyanın həbs müddətini daha iki ay uzadıb

Məhkəmə Qaqik Tsarukyanın həbs müddətini daha iki ay uzadıb

04 Sentyabr 2026 - 19:26
Xalq artisti Murad Adıgözəlzadənin müalicə prosesi nəzarətə götürülüb

Xalq artisti Murad Adıgözəlzadənin müalicə prosesi nəzarətə götürülüb

04 Sentyabr 2026 - 19:12
Qazaxıstanda Azərbaycanın sağlamlıq turizmi potensialı təqdim edilib

Qazaxıstanda Azərbaycanın sağlamlıq turizmi potensialı təqdim edilib

04 Sentyabr 2026 - 18:53
Bakı, Sumqayıt və Abşeronda ağaclar kəsildi: Dəyən zərər…

Yaşıllıqlara 200 min manat ziyan vuruldu

04 Sentyabr 2026 - 18:45
Sahibə Qafarova Cenevrə Universitetində çıxış edib

Sahibə Qafarova Cenevrə Universitetində çıxış edib

04 Sentyabr 2026 - 18:36
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.