Prezident İlham Əliyev: Bu şanlı tarix bizimlə əbədi olacaq

67

“Allah bütün şəhidlərimizə rəhmət eləsin. Alınmaz qala sayılan Şuşanı iki il bundan əvvəl erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazdı. Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər”.

Elchi.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşada hərbçilər qarşısında çıxışında deyib.
Dövlət başçısı bildirib ki, Şuşa həqiqətən alınmaz qala sayılır: “Şuşanı yüngül silahlarla təchiz edilmiş qəhrəman hərbçilərimiz azad edəndə onlar ölümə gedirdilər. Vətən uğrunda, torpaq uğrunda ölümə gedirdilər. Hər birimiz yaxşı anlayırdıq ki, Şuşasız bizim tam qələbəmiz mümkün olmayacaq”.