Prezident Rəcəb Tayyib Ərdoğan 1991-ci il oktyabrın 18-də müstəqilliyini əldə edən Azərbaycanın Müstəqillik Gününü qeyd etdi.
Elchi.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan sosial media hesabından paylaşdığı paylaşımda, “Dünyada bənzərsiz qardaşlığımız olan əziz Azərbaycanın müstəqillik ildönümünü ən səmimi hisslərimlə təbrik edirəm. Türkiyənin salamlarını qardaşıma çatdırıram. Prezident İlham Əliyevi və bütün Azərbaycan xalqını bu qürur günü münasibətilə təbrik edirəm”,-deyib.