Prezident Elnur Əliyevi işdən çıxardı

61

Elnur Əli oğlu Əliyev Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilib.
Elchi.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı saxlanılanlar sırasında Elnur Əliyevin də adı çəkilirdi. Onun istintaqa cəlb edildiyi bildirilir.