"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Prezident daha 1 sərəncam, 1 fərman imzaladı

01 Aprel 2024 - 14:39
in SİYASƏT
FacebookVatsap

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”nın təsdiq edilməsi haqqında” 2020-ci il 30 iyul tarixli 1119 nömrəli, “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında” 2021-ci il 22 iyun tarixli 1375 nömrəli, “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2022-ci il 21 iyul tarixli 1756 nömrəli, “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2022-ci il 21 iyul tarixli 1757 nömrəli, “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2023-cü il 26 may tarixli 2151 nömrəli və “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Bunu da oxuyun

Azərbaycan Brüssel, Moskva, Tehrandan deyil, Bakıdan idarə olunur: İlham Əliyevin ideoloji manifesti

Ceyhun Bayramov Gürcüstanın yeni səfiri ilə görüşdü

Azərbaycan və İsrail mina təhlükəsi ilə mübarizədə əməkdaşlığı müzakirə etdi

Elchi.az fərmanın mətnini təqdim edir:

1. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli 1119 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 899 (Cild I) ilə təsdiq edilmiş “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 45-ci hissədə “Qarabağ İqtisadi Rayonunda” sözləri “Ağdam, Füzuli və Xocavənd rayonlarında” sözləri ilə əvəz edilsin;

1.2. 46-cı hissədə “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı” sözləri “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında” sözləri ilə əvəz edilsin;

1.3. 47-ci hissədə “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı” sözləri “Laçın rayonunda” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1375 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 6 (I kitab), maddə 590 (Cild I) ilə təsdiq edilmiş “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi”nin 4.7.4-cü yarımbəndi aşağıdakı redaksiyada verilsin:

“4.7.4. İdarənin strukturunu, əməyin ödənişi fondunu, işçilərin say həddini və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etmək, o cümlədən İdarənin əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirmək;”.

3. “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 iyul tarixli 1756 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 7, maddə 745 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

3.1. adında, 1-ci və 2-ci hissələrdə “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı” sözləri “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında” sözləri ilə əvəz edilsin;

3.2. 3.1-ci bənddə “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı” sözləri “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında” sözləri ilə, “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına” sözləri “adları çəkilən rayonlara” sözləri ilə əvəz edilsin;

3.3. həmin Fərmanla təsdiq edilmiş “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi” üzrə:

3.3.1. adında “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı” sözləri “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında” sözləri ilə əvəz edilsin;

3.3.2. 1.1-ci bənddə “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı” sözləri “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında” sözləri ilə, “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına” sözləri “adları çəkilən rayonlara” sözləri ilə əvəz edilsin;

3.3.3. 4.7.4-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“4.7.4. Xidmətin strukturunu, əməyin ödənişi fondunu, işçilərin say həddini və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etmək, o cümlədən Xidmətin əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirmək;”.

4. “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 iyul tarixli 1757 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 7, maddə 746 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

4.1. adında, 1-ci və 2-ci hissələrdə “Qarabağ İqtisadi Rayonunda” sözləri “Ağdam, Füzuli və Xocavənd rayonlarında” sözləri ilə əvəz edilsin;

4.2. 3.1-ci bənddə “Qarabağ İqtisadi Rayonunda” sözləri “Ağdam, Füzuli və Xocavənd rayonlarında” sözləri ilə, “Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərə (Şuşa rayonu istisna olmaqla)” sözləri “adları çəkilən rayonlara” sözləri ilə əvəz edilsin;

4.3. həmin Fərmanla təsdiq edilmiş “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi” üzrə:

4.3.1. adında “Qarabağ İqtisadi Rayonunda” sözləri “Ağdam, Füzuli və Xocavənd rayonlarında” sözləri ilə əvəz edilsin;

4.3.2. 1.1-ci bənddə “Qarabağ İqtisadi Rayonunda” sözləri “Ağdam, Füzuli və Xocavənd rayonlarında” sözləri ilə, “Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərə (Şuşa rayonu istisna olmaqla)” sözləri “adları çəkilən rayonlara” sözləri ilə əvəz edilsin;

4.3.3. 4.7.4-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“4.7.4. Xidmətin strukturunu, əməyin ödənişi fondunu, işçilərin say həddini və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etmək, o cümlədən Xidmətin əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirmək;”.

5. “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 may tarixli 2151 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 5, maddə 655 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

5.1. adında, 1-ci, 2-ci hissələrdə və 3.1-ci bənddə “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı” sözləri “Laçın rayonunda” sözləri ilə əvəz edilsin;

5.2. həmin Fərmanla təsdiq edilmiş “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi” üzrə:

5.2.1. adında və 1.1-ci bənddə “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı” sözləri “Laçın rayonunda” sözləri ilə əvəz edilsin;

5.2.2. 4.7.4-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“4.7.4. Xidmətin strukturunu, əməyin ödənişi fondunu, işçilərin say həddini və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etmək, o cümlədən Xidmətin əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirmək;”.

6. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 12 (I kitab), maddə 1685 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

6.1. 1.11.7.25-ci yarımbənddə “Qarabağ İqtisadi Rayonunda” sözləri “Ağdam, Füzuli və Xocavənd rayonlarında” sözləri ilə əvəz edilsin;

6.2. 1.11.7.26-cı yarımbənddə “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı” sözləri “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında” sözləri ilə əvəz edilsin;

6.3. 1.11.7.27-ci yarımbənddə “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı” sözləri “Laçın rayonunda” sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” 2022-ci il 22 iyul tarixli 3381 nömrəli, “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” 2022-ci il 22 iyul tarixli 3382 nömrəli, “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” 2022-ci il 21 oktyabr tarixli 3548 nömrəli, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli və “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” 2023-cü il 26 may tarixli 3908 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3381 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 7, maddə 793 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adında “Qarabağ İqtisadi Rayonunda” sözləri “Ağdam, Füzuli və Xocavənd rayonlarında” sözləri ilə əvəz edilsin;

1.2. 1-ci hissədə “Qarabağ İqtisadi Rayonunda” sözləri və “Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla)” sözləri “Ağdam, Füzuli və Xocavənd rayonlarında” sözləri ilə əvəz edilsin.

2. “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3382 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 7, maddə 794 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

2.1. adında “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı” sözləri “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında” sözləri ilə əvəz edilsin;

2.2. 1-ci hissədə “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı” sözləri “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında” sözləri ilə əvəz edilsin və həmin hissədən “Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan” sözləri çıxarılsın.

3. “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 oktyabr tarixli 3548 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 10, maddə 1197 (Cild I) 1-ci hissəsində “Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda” sözləri “Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 11, maddə 1297) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın “AKRONİMLƏR VƏ İXTİSARLAR” hissəsində “Qarabağ İqtisadi Rayonunda” sözləri “Ağdam, Füzuli və Xocavənd rayonlarında” sözləri ilə, “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı” sözləri “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında” sözləri ilə əvəz edilsin.

5. “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 may tarixli 3908 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 5, maddə 706 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

5.1. adında “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı” sözləri “Laçın rayonunda” sözləri ilə əvəz edilsin;

5.2. birinci hissədə “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı” sözləri “Laçın rayonunda” sözləri ilə əvəz edilsin və həmin hissədən “Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan” sözləri çıxarılsın.

6. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Previous Post

Prezident daha 1 sərəncam, 1 fərman imzaladı

Next Post

İsrail UNRWA-nın bağlanması üçün BMT-yə müraciət edir

Bənzər yazılar

Azərbaycan Brüssel, Moskva, Tehrandan deyil, Bakıdan idarə olunur: İlham Əliyevin ideoloji manifesti

Azərbaycan Brüssel, Moskva, Tehrandan deyil, Bakıdan idarə olunur: İlham Əliyevin ideoloji manifesti

06 Oktyabr 2026 - 19:04

XX əsr bəşəriyyətə ideyaların dövlətlər üçün nə qədər böyük qurucu gücə malik olduğunu, eyni zamanda milyonlarla insanın həyatı üçün ölçüyəgəlməz...

Ceyhun Bayramov Gürcüstanın yeni səfiri ilə görüşdü

Ceyhun Bayramov Gürcüstanın yeni səfiri ilə görüşdü

06 Oktyabr 2026 - 18:58

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın ölkəmizə yeni təyin olunmuş səfiri Qiorqi Zakaraşvilini qəbul edib. Elchi.az xəbər...

Azərbaycan və İsrail mina təhlükəsi ilə mübarizədə əməkdaşlığı müzakirə etdi

Azərbaycan və İsrail mina təhlükəsi ilə mübarizədə əməkdaşlığı müzakirə etdi

06 Oktyabr 2026 - 18:41

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov İsrailin Bakıdakı səfiri Ronen Kraus ilə mina təhlükəsi ilə mübarizədə...

Baş nazir Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Baş nazir Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

06 Oktyabr 2026 - 18:33

Bu gün Azərbaycanın Baş naziri Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl Yəhya ilə görüşüb. Bu barədə Elchi.az-a...

Next Post
İsrail UNRWA-nın bağlanması üçün BMT-yə müraciət edir

İsrail UNRWA-nın bağlanması üçün BMT-yə müraciət edir

İsrail UNRWA-nın bağlanması üçün BMT-yə müraciət edir

İsrail UNRWA-nın bağlanması üçün BMT-yə müraciət edir

Son xəbərlər

Avropa İttifaqı sabah Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyə bilər

Avropa İttifaqı sabah Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyə bilər

06 Oktyabr 2026 - 23:09
FIBA Çempionlar Liqası: “Sabah” Litva klubuna uduzub

FIBA Çempionlar Liqası: “Sabah” Litva klubuna uduzub

06 Oktyabr 2026 - 23:08
“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

06 Oktyabr 2026 - 21:08
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək

Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək

06 Oktyabr 2026 - 21:07
EIA: Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək

EIA: Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək

06 Oktyabr 2026 - 20:51
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

06 Oktyabr 2026 - 20:39
Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

06 Oktyabr 2026 - 20:37
İndoneziyada yük maşını aşıb, ölənlər var

İndoneziyada yük maşını aşıb, ölənlər var

06 Oktyabr 2026 - 20:35
Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

06 Oktyabr 2026 - 19:29
Azərbaycanla Birləşmiş Krallıq arasında investisiya əlaqələri müzakirə edildi

Azərbaycanla Birləşmiş Krallıq arasında investisiya əlaqələri müzakirə edildi

06 Oktyabr 2026 - 19:20
Azərbaycan millisinin baş məşqçisi: Dünya çempionatına vəsiqə qazanan millilərdən çox geri qalırıq

Azərbaycan millisinin baş məşqçisi: Dünya çempionatına vəsiqə qazanan millilərdən çox geri qalırıq

06 Oktyabr 2026 - 19:13
Azərbaycan Brüssel, Moskva, Tehrandan deyil, Bakıdan idarə olunur: İlham Əliyevin ideoloji manifesti

Azərbaycan Brüssel, Moskva, Tehrandan deyil, Bakıdan idarə olunur: İlham Əliyevin ideoloji manifesti

06 Oktyabr 2026 - 19:04
NASA-dan nəhəng addım: Ay bazası üçün kütləvi raket satınalması başlayır

NASA-dan nəhəng addım: Ay bazası üçün kütləvi raket satınalması başlayır

06 Oktyabr 2026 - 19:00
Ceyhun Bayramov Gürcüstanın yeni səfiri ilə görüşdü

Ceyhun Bayramov Gürcüstanın yeni səfiri ilə görüşdü

06 Oktyabr 2026 - 18:58
Azərbaycan millisi Yaponiyanı Qəbələdə penaltilərlə məğlub etdi

Azərbaycan millisi Yaponiyanı Qəbələdə penaltilərlə məğlub etdi

06 Oktyabr 2026 - 18:50
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.