Prezident Ərdoğan əməliyyat əmrini belə verib

42

Elchi.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın İraqın şimalında və Suriyada terrorçuların bazası olaraq istifadə etdiyi bölgələrdə “Pəncə-Qılınc Hava Hərəkatı”nın icrasına göstəriş verdiyi görüntülər paylaşılıb.
Suriyanın şimalında keçirilməsi planlaşdırılan əməliyyatla bağlı bir müddətdir ki, qətiyyət mesajları verilib. Ərdoğan “Bir gecə birdən onların zirvəsinə enəcəyik” sözləri ilə əməliyyata işarə etmişdi.


İstiqlal küçəsində baş verən partlayışın sərhədi keçən terror aktı olduğu üzə çıxıb. Bundan sonra əməliyyata hazırlıqlar sürətləndi. Prezident Ərdoğan İndoneziyadan qayıdarkən Milli Müdafiə naziri Hulusi Akardan planlaşdırılan əməliyyatla bağlı məlumat alıb.
Daha sonra Ərdoğan Akarın əməliyyat olunmasını əmr edib və həmin anlar kameraya düşüb.
Milli Müdafiə Nazirliyi Suriya və İraqın şimalına “Pəncə-Qılınc Hava Hərəkatı”na başlayıb.

“Hesab vaxtı”

Nazirliyin sosial media hesabından “Hesab vaxtıdır! Xain hücumların hesabını əclaflardan soruşurlar!” paylaşılmışdı.
PUA-ların müəyyən etdiyi terrorçu yuvaları birbaşa zərbələrlə məhv edilib.
Terrorçuların sığınacaqları, bunkerləri, mağaraları, tunelləri və anbarları böyük uğurla dağıdılıb. Terror təşkilatının qondarma qərargahı da birbaşa zərbələrə məruz qalıb.

Şayəstə