"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Popovun “Lavrov planı” ilə bağlı cavabı… – Hoqland sirləri açdı

05 Aprel 2021 - 10:35
in MANŞET
FacebookVatsap

Azərbaycan və Ermənistan arasında 2020-ci il müharibəsindən sonra ATƏT-in Dağlıq Qarabağ tənzimləməsində hər hansı rolu qalırmı?

Bunu da oxuyun

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

BRİKS BMT-ni əvəz edə bilər? – Rusiyadan diqqətçəkən mesaj

İrandan bizi hansı təhlükə gözləyir? – Qüdrət Həsənquliyevdən açıqlama

Minsk qrupunun keçmiş amerikalı həmsədri Riçard Hoqland Beynəlxalq Münaqişələrin Həlli Mərkəzinin saytında dərc olunmuş məqaləsinə belə bir sualla başlayıb.

Müəllif özü dərhal bu suala cavab verərək bildirir ki, “baxır sualı hansı tərəfə verirsiniz”.

Elchi.az-ın “Azadlıq” radiosuna istinadən verdiyi məlumata görə, məqalədə deyilir ki, ATƏT-in Minsk qrupunun işinin davam etdirilməsi Yerevana Dağlıq Qarabağın yekun statusunun həlli üçün lazımdır. Amma Bakı bunun tamamilə əksini düşünür və bidlirir ki, Dağlıq Qarabağ onun tərkib hissəsidir və bu, həmişə belə olacaq.

Hoqland yazır ki, bu ziddiyyət əslində ATƏT-in Minsk qrupunun lap əvvəldən üzləşdiyi barışmazlıqdır.

O qeyd edir ki, Minsk qrupuna Azərbaycan və Ermənistandan başqa Belarus, Finlandiya, Almaniya, İtaliya, İsveç və Türkiyə daxil olsalar da, “gündəlik üzbəüz işi” Fransa, Rusiya və ABŞ-dan olan həmsədrlər aparır:

“Dövlət Departamentində 30 illik fəaliyyətimdən sonra bu yaxınlarda təqaüdə çıxanda, məndən rica etdilər ki, Minsk qrupunun ABŞ-dan olan keçid həmsədri kimi 2017-ci ilin yanvarından sentyabrınadək diplomatik xidmətə qayıdım. Çünki amerikalı həmsədr özəl sektorda başqa işə keçdiyi üçün vəzifəsini qəflətən tərk etmişdi…”

Minsk qrupunun həmsədrliyinə gəlişinin tarixçəsindən söz açan Hoqland daha sonra qeyd edir ki, o Azərbaycan və Ermənistanda heç vaxt diplomatik xidmətdə olmasa da, Dövlət Departamentindəki işi Cənubi Qafqaz və Mərkəzi Asiya ilə bağlı olub və buna görə də Dağlıq Qarabağ münaqişəsi haqqında ən azı ümumi təsəvvürə malik idi.

Beşulduzlu otellərdə qalırdıq

Hoqland ABŞ xarici siyasət idarəsinin başqa “mətbəx sirlərini” də açır və bildirir ki, bu vəzifəyə gəlməzdən əvvəl tərəddüd edib, çünki Minsk qrupunun həmsədri vəzifəsi karyera etmək vəzifəsi yox, gözləmə vəzifəsidir. Yəni diplomatlar bu vəzifədə adətən daha yüksək vəzifəyə gedənədək vaxt keçirirlər.

Diplomat bütün bunlara baxmayaraq “maaşlı vəzifəsinə” vicdanla yanaşdığını yazır.

Hoqland deyir ki, müəyyən mənada həmsədrlərin işi – diplomatın adi insanların təsəvvüründə olduğu kimi idi:

“Biz beşulduzlu otellərdə, ayrıca yemək otağı və içərisi dolu barı olan və heç bir əlavə xərc tələb etməyən lüks nömrələrdə qalırdıq. Biz olduğumuz şəhərlərdə ən yaxşı restoranlarda yeyirdik. Yaxşı yaşayırdıq və arabir ATƏT bayrağını qaldıraraq Bakı və İrəvanın yadına Minsk qrupunun mövcud olduğunu salırdıq. Amma lap açıq danışsam çox-çox az iş başa çatdırılırdı”.

“Əlbəttə ki, yox”

Hoqland yazır ki, uzun illər ərzində ATƏT Madrid prinsiplərini – Dağlıq Qarabağ münaqişəsinin yekun həlli və Dağlıq Qarabağ əhalisinə öz müqəddəratını təyinetmə hüququ verəcək yol xəritəsini formalaşdırmışdı:

“Mənim həmsədr olduğum dövrdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov münaqişənin həlli üçün öz planını açıqlamışdı. Dərhal “Lavrov planı” adını qazanan bu təklif mövcud Madrid Prinsiplərinə xeyli oxşar idi. Amma bizə xəbərdarlıq edilmişdi ki, bunu sadəcə olaraq “masa üstündəki plan” adlandıraq”.

Riçard Hoqland bunun ardınca sensasiyalı bir açıqlama verir:

“Lavrov planı adlanan plan təqdim olunanda, mən hörmətli həmkarım, rusiyalı həmsədr Popovdan soruşdum ki, əgər İrəvan və Bakı, birdən gücənib bu planı qəbul etsələr, Kreml onu doğrudan da həyata keçirəcəkmi? Bilirsinizmi onun səmini cavabı nə oldu? “Əlbəttə ki yox!” Hər şeydən artıq bu mənə aydın etdi ki, Dağlıq Qarabağ təkcə Ermənistan və Azərbaycan arasında olan ikitərəfli problem deyil. Reallıqda bu, Rusiyanın əsas və yəqin ki, həlledici rol oynadığı üçtərəfli məsələdir”.

“Şimaldakı böyük ayının mağarası”

Keçmiş həmsədr yazır ki, Dağlıq Qarabağ keçmiş sovet məkanında bir neçə dondurulmuş münaqişələrdən biridir. Bu münaqişələrin özəl və qəliz xüsusiyyətləri olsa da, onların hamısının bir özəl birləşdirici faktoru var. Rusiya bütün bu münaqişələrdə oynamaq üçün ən yaxşı mövqe tutub.

Hoqlandın fikrincə buna baxmayaraq Moskvanın bu münaqişələrin həll olunmasını istəməməsinin də müxtəlif səbəbləri var, amma bunların ən əsası həmin ölkələrin “şimaldakı böyük ayının mağarasından” çıxmasına imkan verməməkdir.

Amerikalı diplomat yazır ki, o həmsədrlərin Yerevan və Bakıya səfərləri zamanı tərəflərin öz mövqelərindən bir addım da geriyə çəkilmək niyyətində olmadıqlarını görürdü:

“Mən şəxsən belə bir qənaətə gəlmişdim ki, Dağlıq Qarabağ problemini yalnız müharibə həll edə bilər. Hərçənd bu qənaətimi heç vaxt açıq bildirmədim”.

Moskva Azərbaycan tam qələbəyə yaxı olanda müdaxilə etdi

Hoqland yazır ki, 2020-ci il müharibəsi zamanı Minsk qrupu həmsədrləri paytaxtları bir neçə dəfə atəşkəsə çağırsalar da, bu atəşkəslər bir-neçə saat da davam etmədi:

“Moskva indiki vəziyyəti yalnız o vaxt yaratdı ki, Azərbaycanın bütün ərazisini geri alacağı görünürdü”.

ABŞ diplomatı yazır ki, Moskva bu münaqişəni sonadək həll edə bilərdi, lakin o, faktiki olaraq müstəqil Azərbaycanın ərazisinə SSRİ dağılandan bəri ilk dəfə özünün sülhməramlı qoşununu yeritdi.

Diplomat qeyd edir ki, indi Cənubi Qafqazın hər üç ölkəsində müxtəlif ampluada Rusiyanın qoşunları var. Rusiya beləliklə özünün “xüsusi nüfuz dairəsini” qoruyub saxlaya bildi.

Minsk qrupu üçün çətin çıxış yolu

Hoqland ümid edir ki, ATƏT-in Minsk qrupu bəlkə də yeni yanaşma və düşüncə ilə öz rolunu saxlaya bilər.

Onun fikrincə, hazırda keçmiş münaqişə zonasında infrastrukturun bərpasından, yeni yollardan, kommunikasiyaların açılmasından söhbət gedir.

Hoqland düşünür ki, Minsk qrupu bu işlər üçün Dünya Bankından, Beynəlxalq Valyuta Fondundan, Avropa Yenidənqurma və İnkişaf Bankından vəsait alınmasında rol oynaya bilər.

Hoqland yazır ki, bunu etmək, xüsusilə də “regionun çətin qonşuları” İran və Türkiyə də bu cəhddə öz rollarını oynamaq istəsələr, çox çətin olacaq.

Məqalədə deyilir ki, Minsk qrupu öz missiyasını yenidən müəyyənləşdirə bilməsə, çox təəssüf, beynəlxalq diplomatiyadan kənarda qalacaq.

Previous Post

Popovun “Lavrov planı” ilə bağlı cavabı… – Hoqland sirləri açdı

Next Post

Bakının “İsgəndər” sübutuna Kremlin bu cavabı… – BBC

Bənzər yazılar

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

07 Oktyabr 2026 - 18:16

Ukrayna üzrə danışıqlar məsələsində Rusiyanın vicdanı təmizdir, ABŞ isə Avropanın təzyiqinə tab gətirə bilməyib. Elchi.az xəbər verir ki, bunu Rusiya...

BRİKS BMT-ni əvəz edə bilər? – Rusiyadan diqqətçəkən mesaj

BRİKS BMT-ni əvəz edə bilər? – Rusiyadan diqqətçəkən mesaj

07 Oktyabr 2026 - 16:00

"BRİKS qurumları daha da dağılacağı təqdirdə Birləşmiş Millətlər Təşkilatını (BMT) əvəz edə bilər". Elchi.az xəbər verir ki, bu fikirləri Sankt-Peterburq...

İrandan bizi hansı təhlükə gözləyir? – Qüdrət Həsənquliyevdən açıqlama

İrandan bizi hansı təhlükə gözləyir? – Qüdrət Həsənquliyevdən açıqlama

07 Oktyabr 2026 - 11:44

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, Ədalət Hüquq və Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliyev...

“Cəmiyyət bu tipli addımları alqışlamalıdır”

“Cəmiyyət bu tipli addımları alqışlamalıdır”

06 Oktyabr 2026 - 17:16

Qüdrət Həsənquıliyev: “Bu tipli korrupsiya cinayətləri varsa, insanlar anlamalıdır bu onların həyatını çətinləşdirir” Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə...

Next Post

Bakının “İsgəndər” sübutuna Kremlin bu cavabı... - BBC

Bakının “İsgəndər” sübutuna Kremlin bu cavabı... - BBC

Son xəbərlər

İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb

İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb

07 Oktyabr 2026 - 21:30
Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

07 Oktyabr 2026 - 21:26
AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

07 Oktyabr 2026 - 20:22
Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

07 Oktyabr 2026 - 20:18
“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

07 Oktyabr 2026 - 20:12
DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub

DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub

07 Oktyabr 2026 - 19:28
AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

07 Oktyabr 2026 - 19:20
Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

07 Oktyabr 2026 - 19:12
Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya üçüncüsü olub

Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya üçüncüsü olub

07 Oktyabr 2026 - 18:56
Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

07 Oktyabr 2026 - 18:47
BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

07 Oktyabr 2026 - 18:33
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

07 Oktyabr 2026 - 18:25
Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

07 Oktyabr 2026 - 18:16
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

07 Oktyabr 2026 - 17:59
Fransanı şərab böhranı gözləyir

Fransanı şərab böhranı gözləyir

07 Oktyabr 2026 - 17:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.