Polşaya gedən ukraynalı qaçqınların sayı 9 milyonu ötüb

51

Yanvarın 10-na Ukraynadan Polşaya daxil olan qaçqınların sayı 9 milyonu ötüb. Polşanı tərk edən ukraynalıların sayı 7 milyon 250 min nəfər olub.
Elchi.az xəbər veri ki, Polşa Sərhəd Mühafizəsinin Twitter hesabındakı paylaşımda Ukrayna-Rusiya müharibəsi başlayandan intensiv miqrasiyanın olduğu xatırladılıb.
Yalnız dünən Ukraynadan ölkəyə 29 min 900 nəfərin daxil olduğu bildirilən yazıda “Müharibə başlayandan bəri Ukraynadan Polşaya keçənlərin sayı 9 milyon 74 minə çatıb”. ifadəsindən istifadə edilmişdir.
Paylaşılan məlumatlara görə, Polşanı tərk edən ukraynalıların ümumi sayı 7 milyon 250 min nəfər olub.

Şayəstə