Polşaya düşən raketlərlə bağlı Ərdoğandan mühüm açıqlama

42

Rusiyanın “Bu işin bizimlə heç bir əlaqəsi yoxdur” deməsi bizim üçün vacibdir.

Elchi.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziyanın Bali adasında jurnalistlərə açıqlamasında deyib.

O, ABŞ Prezidenti Co Baydenin hadisə ilə bağlı açıqlamasını xatırladıb.

“Bayden də deyib ki, raketlər Rusiya istehsalı deyil. Almaniya kansleri Olaf Şoltsla da bu barədə danışdım. Hələ konkret bir şey yoxdur. Amma məsələ araşdırılmalıdır.

Biz ən qısa zamanda Rusiya ilə Ukraynanı eyni masa arxasında əyləşdirmək istəyirik. Belə bir vaxtda təhriklər düzgün addım deyil”, – Ərdoğan bildirib.