Polşalı general Valdemar Ukrayna prezidenti Vladimir Zelenskini istefaya çağırıb. Elchi.az xəbər verir ki, o, bu barədə “Rzeczpospolita” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Ukrayna lideri Ukrayna hərbi rəhbərləri arasında münaqişəni qızışdırır. “O, mövqeyini ciddi şəkildə zəiflədir və bəlkə də yorğun prezidentin istefa vermə vaxtıdır”, – deyə Skripçak deyib.
General qeyd edib ki, hazırkı vəziyyət Ukraynanı dəstəkləyən koalisiyanı narahat edir.
Bundan əvvəl Zelenskinin ofisi məlumat verib ki, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının istefası məsələsi hipotetik müstəvidən praktiki müstəviyə keçə bilər. Mənbənin sözlərinə görə, belə bir fərziyyə Zelenskinin emosionallığına və onun Zalujnının tərəfdaşlarla söhbətlərdə həddindən artıq səmimiliyinə mümkün reaksiyasına əsaslanaraq irəli sürülə bilər.
Havar Şəfiyeva