Polşa və Almaniya arasında təzminat qalmaqalı

49

Polşa Almaniyanın İkinci Dünya Müharibəsi üçün hərbi təzminat ödəməsi ilə bağlı Avropa Şurasında qətnamə layihəsinin təşəbbüskarıdır.
Elchi.az xəbər verir ki, bu barədə Polşa hökumətinin təzminat üzrə komissarı Arkadiuş Mulyarçik bildirib.
Polşa Avropa Şurasında Almaniyanın İkinci Dünya Müharibəsi zamanı vurduğu zərərə görə kompensasiyanın ödənilməsi ilə bağlı qətnamənin qəbuluna təşəbbüs göstərmək niyyətindədir, bu barədə mətbuat nümayəndələrinə Polşa hökumətinin təzminat üzrə komissarı, xarici işlər nazirinin müavini Arkadiuş Mulyarçik bildirib.
“Avropa Şurasının sonuncu sessiyası zamanı Polşa nümayəndə heyəti Almaniya tərəfindən İkinci Dünya Müharibəsi zamanı zərər çəkmiş vətəndaşlara kompensasiya verilməsi məsələsinə dair qətnamə layihəsinin hazırlanması təşəbbüsü ilə çıxış edib”, – Mulyarçik bildirib.

Şayəstə