Polşa “Qazprom”un Yamal-Avropa səhmlərinə həbs qoyub

41

Polşa Rusiyanın “Qazprom” enerji şirkətinin Yamal-Avropa qaz kəmərindəki səhmlərinə müvəqqəti həbs qərarı verib.
Elchi.az xəbər verir ki, Polşanın rəsmi xəbər agentliyi PAP-ın məlumatına görə, Polşanın İnkişaf və Texnologiya naziri Valdemar Buda “Qazprom Yamal-Avropa”nın səhmlərinə həbs qoyulması barədə qərar qəbul edib.
“Polşa hökuməti müvəqqəti olaraq “Qazprom”un Yamal-Avropa qaz kəmərindəki payını öz üzərinə götürüb”, – nazirliyin bəyanatında deyilir.

Şayəstə