Polşa Avropa Komissiyasına xəbərdarlıq etdi

101

Polşanın baş naziri Mateuş Moravetski Ukrayna taxılının idxalı ilə bağlı Avropa Komissiyasına ultimatum verib. Elchi.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Mən hələ iyul ayında Ukrayna ilə həmsərhəd olan dörd başqa ölkə ilə söhbətlərdən sonra açıq şəkildə dedim: Avropa İttifaqının  qərarından asılı olmayaraq, biz kənd təsərrüfatı bazarlarının  açılmasına icazə verməyəcəyik”, – deyə hökumət başçısı bildirib.

Moraviecki həmçinin əlavə edib ki, ölkə hakimiyyəti üçün prioritet polşalı fermerlərin maraqlarını və onların kənd təsərrüfatı sahəsində imkanlarını qorumaqdır. O, Brüsselin fikrindən asılı olmayaraq Varşavanın öz taxıl idxalına qadağa qoymağa hazır olacağını vurğulayıb.

Hökumət başçısı əlavə edib ki, Polşa taxılın tranzitinə heç bir etiraz etmir və onun Aİ-nin digər ölkələrinə daşınması üçün ərazi ayırmağa hazırdır.

Bundan əvvəl məlum olub ki, Polşa 15 sentyabrdan sonra Ukrayna taxılının idxalına qoyulan qadağanı uzadacaq.

Havar Şəfiyeva