Politico: Belçika Sevgililər Günü ərəfəsində rus brilyantlarını almağa başlayıb

63

Belçika Sevgililər Günü ərəfəsində Rusiya almazlarının idxalını 25% artırdı.
Elchi.az xəbər verir ki, Belçika, Sevgililər Günü ərəfəsində tələbin fonunda 2022-ci ilin dekabrından 2023-cü ilin yanvarına qədər rus kobud almazlarının idxalını artırıb. Bu barədə Avropanın “Politico” qəzeti ölkənin İqtisadiyyat və Əmək Nazirliyinin təqdim etdiyi statistikaya istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, bu ilin yanvarında idxalın məbləği 132 milyon avro təşkil edib, bir ilin eyni dövründə isə bu rəqəm cəmi 97 milyon avroya çatıb. 2023-cü ilin fevral ayında idxal 61 milyon avro həcmində qiymətləndirilir. Adı açıqlanmayan bir Belçika rəsmisi, məlumatların Sevgililər Günü ərəfəsində tələbin “müvəqqəti artım” olduğunu göstərdiyini söylədi.
Belçikanın inkişaf etmiş almaz sənayesi var, onun mərkəzi Antverpendir, ona görə də Rusiya almazlarının tədarükü iqtisadiyyatın işləməsi üçün son dərəcə vacibdir.
Bu il yanvarın sonunda Belçikanın baş naziri Aleksandr de Kroo bildirmişdi ki, ölkə Avropa İttifaqına rus almazlarının tədarükünə qadağa qoyulmasına qarşıdır.
“Belə tədbirlər yalnız qlobal səviyyədə həyata keçirilməlidir. Almazların mənşəyini izləmək üçün sistem yaratmaq lazımdır. Əks halda, brilyant hələ də bazara yol tapacaq”, – hökumət başçısı ölkəsinin Aİ-nin onuncu sanksiyalar paketi çərçivəsində Rusiyaya qarşı almaz embarqosunu dəstəkləyib-dəstəkləməyəcəyi sualını şərh edərkən bildirib.

Şayəstə