Pişik Cocci köhnə evinə qayıtmaq üçün 600 kilometr yol qət edib

60

Fransada bir pişik yeni evini bəyənməyib, o, köhnə evinə qayıtmaq üçün 600 kilometr yol qət edib. Cocci-nin uzun səyahəti hər kəsi təəccübləndirdi.
Elchi.az xəbər verir ki, Fransada yaşayan Cat Cocci tək başına atıldığı macəra ilə gündəm olub.
Hər şey Cocci-nin sahibi olan ailənin başqa şəhərə köçməsi ilə başladı. Cocci bir neçə həftə sonra yoxa çıxdı.
Pişiyi axtaran ailə heç bir nəticə verməyib.
Ta ki, bir ildən sonra heyvanlarla əlaqəli bir saytda onun şəklini görənə qədər. Məlum olub ki, Cocci ailənin keçmiş evindən 10 kilometr aralıda olub.
Ailənin köçdüyü şəhərin iqliminə uyğunlaşa bilməyən pişiyin köhnə evinə qayıtmağa çalışdığı anlaşılıb.
Öldüyü zənn edilən pişik bunun üçün 600 kilometr yol qət edib.
Cat Cocci indi köhnə ailəsinə yenidən öyrəşməyə çalışır.

Şayəstə