Peskov Rusiyadan çıxışın məhdudlaşdırılması ehtimalını şərh edib

39

Peskov bildirib ki, Kreml rusların ölkədən çıxışını məhdudlaşdırmaq imkanını müzakirə etmir.
Elchi.az xəbər verir ki, Kreml vətəndaşların Rusiyadan çıxışına məhdudiyyətlərin tətbiqi imkanını müzakirə etmir. Belə bir bəyanatla çərşənbə axşamı, yanvarın 24-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov çıxış edib.
“Xeyr, bu, Kremldə müzakirə olunmur”, – Kreml sözçüsü Rusiyadan çıxmaqla bağlı hər hansı məhdudiyyətin mümkün olub-olmaması sualını şərh edərkən deyib.
Xatırladaq ki, daha əvvəl Rusiya sərhədini avtomobil yolu ilə keçmək istəyənlərdən bunun üçün gediş tarixi və vaxtını qeyd etmələri tələb oluna biləcəyi ilə bağlı xəbər yayılmışdı. KP.RU saytının yazdığı kimi, bu düzəlişlərin yollar və yol fəaliyyəti haqqında qanuna daxil edilməsi təklif edilib. Daha sonra Rusiya Dövlət Dumasının Nəqliyyat Komitəsinin rəhbəri Yevgeni Moskviçev bildirib ki, onun sərhəd-keçid tarixinin bron edilməsi təklifi yalnız kommersiya yükləri daşıyan yük maşınları ilə bağlıdır.

Şayəstə