"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Peşə liseyində pul davası – İLGİNC FAKTLAR

29 Mart 2016 - 13:55
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Azad edilmiş ərazilərdə əməyin mühafizəsi üzrə tədbir…

Bu gün Azərbaycanda 38 dərəcə isti olacaq

Bu gün abituriyentlər I və IV ixtisas qrupları üzrə imtahan verəcəklər

Saatlı peşə liseyinin 69 yaşlı direktor əvəzinin iştahı diş altından da çıxıb.
Bu təhsil ocağında valideynlərlə direktor əvəzinin pul üstündə dava-dalaşı pedaqoji kollektivi bezdirib.
Son illər Saatlı peşə liseyinin direktor sarıdan bəxti heç gətirmir. Vaxtilə “Kamaz” sürücüsü olmuş sabiq direktor Şahin Rəşidovun özünün dediyi kimi, direktor təyin olunanda verdiyi pulu çıxarması üçün az qala peşə liseyinin binasının divarlarını da söküb satması, təhsil ocağının bütün texnikasını hamının gözləri qarşısında talan etməsi peşə liseyinə sağalmaz yara vurdu. Ondan sonra İsmayıl Hüseynovun direktorluğu zamanı liseyin yardımçı torpaq sahələri gizli yollarla müxtəlif adamlara icarəyə verildi. İcarədən gələn pullar təkcə İsmayıl müəllimin ciblərinə axdı.
Ötən ilin avqust ayından isə peşə liseyinə 69 yaşlı Teyyub Babayev rəhbərlik edir. Rəhbərlik deyəndə ki, uzun müddət bu təhsil ocağında mavin olmuş, bütün yeyintilərdə, liseyin texnikasının, bu gün də əvəzi olmayan torna dəzgahı sexinin metallom adı ilə bütünlüklə talan edilməsində, texnikanın satılmasında, yanacaq alverində, yardımçı torpaq sahələrinin gizli yollarla icarəyə verilməsində sabiq direktorlarla əlbir olan, ötən ilin avqust ayından liseydə direktoru əvəz edən Teyyub Babayev əvvəlki direktorların ölənlərinə rəhmət oxutdurur.
Bu gün də liseydə nə bir dənə də olsun traktor, nə də maşın var. Ancaq məktəbin şagirdləri guya sürücü və mexanizator peşəsinə yiyələnirlər. Ancaq, sən demə, şagirdlər sürmə vərdişlərinə yiyələnmək üçün maşın da, traktor da “sürürlər”. Bu saxtakarlıqlara yüzlərlə litr yanacaq “sərf” olunur. Əslində isə, Teyyub Babayev rayondakı yanacaqdoldurma məntəqələrindən biri ilə əlaqəyə girərək peşə liseyinə ayrılmış yanacağı orada satdırır və pulun 70 faizinə şərik olur. Bu gün peşə liseyini bitirən məzunların valideynləri narazı halda deyirlər ki, bu liseydə 3 il təhsil alan uşaqlarımız bir dəfə də olsun maşına və traktora minməyiblər.
Hələ bu harasıdır. Teyyub müəllim ixtisasca elektrik olsa da, yol hərəkətindən dərs keçir. İxtisasca fizika müəllmi avtomobildən, rəsmxətt müəllimi isə kompyuterdən “dərs keçirlər”. Qeyri-peşə sahibləri Teyyub müəllimin səxavətindən elə-belə yaralanmayıblar. Burada bir qayda var: Əl-əli yuyar, əl də üzü. Belə olmasaydı, liseyin müəllimlərinin dərs yükü düzəlmədiyi halda, Teyyub müəllim rayonun digər məktəblərindən saathesabı işləyən müəllimləri bu təhsil ocağına cəlb etməzdi. Müəllimlər buna etiraz edəndə isə 69 yaşlı direktor əvəzi qışqıra-qışqıra deyir ki, əcəb edirəm. Gedin kimə istəyirsiniz deyin. Bəs rayon icra hakimiyyətindən abadlıq işinə pul yığında, satmaq üçün kitab göndəriləndə pulu haradan verməliyəm?
Hər gün məktəbin həyətində valideynlərlə Teyyub Babayev arasında pul üstündə dava-dalaş gedir. Liseyi bitirən məzunların diplomlarının dalınca gələn valideynlərdən 500 manat pul tələb olunur. Bunu verməyən valideynlər hələ də uşaqlarının diplomlarını ala bilməyiblər.
Ötən ilin sentyabr ayından bu günə qədər hələ bir dəfə də olsun pedaqoji şura keçirilməyib. Çünki Teyyub müəllim yaxşı bilir ki, liseyin müəllimləri ondan soruşacaqlar ki, 100 hektar yardımçı torpaq sahəsini kimə və neçəyə icarəyə verib? Deyəcəklər ki, məktəbin müəllimlərinin dərs yükü düzəlmədiyi halda, bu qədər saathesabı müəllimləri buraya niyə yığmısan? Halbuki, saathesabı “işləyən” müəllimləri” liseydə görən yoxdu. Ən başlıcası isə bu adamın 69 yaşı tamam olsa da, hansı yollarla liseydə rəhbər vəzifə tutub. Axı, mövcud qanunvericiliyə görə, pedaqoji kollektivin rəhbəri 65 yaşına qədər işləyə bilər. 65 yaşdan yuxarı o şəxs işləyə bilər ki, onun elmi dərəcəsi olsun. Teyyub Babayevin isə heç bir elmi dərəcəsi və dövlət mükafatı yoxdur. Belə yerdə “O olmasın, bu olsun” filmində deyilən bir cümlə yada düşür.  Görəsən 69 yaşlı xəstə Teyyub Babayevin nəyi və harası Təhsil Nazirliyinin və Saatlı Rayon İcra Hakimiyyəti rəhbərliyinə xoş gəlib ki, onu hələ də liseyin rəhbərliyində saxlayıblar. Axı, onun əməllərini araşdırsalar, cinayət xarakterli işlər meydana çıxacaq. Artıq Saatlı peşə liseyinin 69 yaşlı direktor əvəzinin iştahı diş altından da çıxıb.
Görəsən Teyyub Babayevə bu qanunsuz əməllərini davam etdirmək üçün daha neçə il şərait yaradılaçaq? Saatlı peşə liseyi daha neçə il saxtakarlığın, yeyintinin, rüşvətxorluğun qurbanı olacaq? Məgər bütün bunlardan Təhsil Nazirliyi rəhbərliyinin xəbəri yoxdur?
Previous Post

Peşə liseyində pul davası – İLGİNC FAKTLAR

Next Post

Bakıda bina çökdü – 20 ailə təhlükə altında

Bənzər yazılar

Azad edilmiş ərazilərdə əməyin mühafizəsi üzrə tədbir…

Azad edilmiş ərazilərdə əməyin mühafizəsi üzrə tədbir…

13 İyul 2026 - 14:47

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi işğaldan azad edilmiş ərazilərdə əməyin mühafizəsinə dair növbəti maarifləndirmə tədbirləri...

Bu gün Azərbaycanda 38 dərəcə isti olacaq

Bu gün Azərbaycanda 38 dərəcə isti olacaq

12 İyul 2026 - 10:07

Bakıda və Abşeron yarımadasında iyulun 12-də hava şəraiti əsasən yağmursuz olacaq. Bu barədə Elchi.az - a Milli Hidrometeorologiya Xidmətindən məlumat...

Bu gün abituriyentlər I və IV ixtisas qrupları üzrə imtahan verəcəklər

Bu gün abituriyentlər I və IV ixtisas qrupları üzrə imtahan verəcəklər

12 İyul 2026 - 10:05

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı (ikinci cəhd) keçirəcək....

Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib

Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib

12 İyul 2026 - 10:03

Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən xilas edilib. Bu barədə Elchi/az - a...

Next Post

Bakıda bina çökdü - 20 ailə təhlükə altında

Bakıda bina çökdü - 20 ailə təhlükə altında

Son xəbərlər

Hikmət Hacıyev Şuşada Suriyanın informasiya naziri ilə görüşdü

Hikmət Hacıyev Şuşada Suriyanın informasiya naziri ilə görüşdü

13 İyul 2026 - 16:48
Tramp ABŞ-ın Hörmüz boğazını nəzarətə götürdüyünü bildirib

Tramp ABŞ-ın Hörmüz boğazını nəzarətə götürdüyünü bildirib

13 İyul 2026 - 16:35
Milli Kibertəhlükəsizlik Agentliyi 2,2 milyon manatlıq tender elan etdi

Milli Kibertəhlükəsizlik Agentliyi 2,2 milyon manatlıq tender elan etdi

13 İyul 2026 - 16:31
Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib – FOTO

Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib – FOTO

13 İyul 2026 - 16:15
ADY-də “SİMA Pay”dan istifadə edənlərin sayı 9 mini ötüb

ADY-də “SİMA Pay”dan istifadə edənlərin sayı 9 mini ötüb

13 İyul 2026 - 16:06
Rusiyaya qarşı yeni sanksiyalarla bağlı müzakirələr nəticəsiz qaldı

Rusiyaya qarşı yeni sanksiyalarla bağlı müzakirələr nəticəsiz qaldı

13 İyul 2026 - 16:00
Lavrov İrana səfər edəcək

Lavrov İrana səfər edəcək

13 İyul 2026 - 15:48
Qarabağın bərpasında Azərbaycana ilk yardım edən şəxs – Prezident

Qarabağın bərpasında Azərbaycana ilk yardım edən şəxs – Prezident

13 İyul 2026 - 15:39
İan Sanders: Azərbaycan ÜGT-ə fəal dəstək göstərir

İan Sanders: Azərbaycan ÜGT-ə fəal dəstək göstərir

13 İyul 2026 - 15:28
Azad edilmiş ərazilərdə daha 114 mina, 237 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 114 mina, 237 PHS aşkarlanıb

13 İyul 2026 - 15:13
Avropa Ukraynaya yardımın təcili olaraq artırılmasına çağırıb

Avropa Ukraynaya yardımın təcili olaraq artırılmasına çağırıb

13 İyul 2026 - 15:00
Xanım jurnalistin sözləri Prezidenti güldürdü – Video

Xanım jurnalistin sözləri Prezidenti güldürdü – Video

13 İyul 2026 - 14:53
Azad edilmiş ərazilərdə əməyin mühafizəsi üzrə tədbir…

Azad edilmiş ərazilərdə əməyin mühafizəsi üzrə tədbir…

13 İyul 2026 - 14:47
“Rare Academy” – Təhsildən karyeraya aparan uğur yolunda etibarlı tərəfdaş

“Rare Academy” – Təhsildən karyeraya aparan uğur yolunda etibarlı tərəfdaş

13 İyul 2026 - 14:31
Bu şəhərə köçənlərə PULSUZ TORPAQ veriləcək

Bu şəhərə köçənlərə PULSUZ TORPAQ veriləcək

13 İyul 2026 - 14:30
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.