Pentaqonun silah üçün pulu tükənə bilər-“Politico”

86

Amerikanın “Politico” nəşrinin yeni məqaləsində deyilir ki, dekabrda Konqresin təsdiqlədiyi 48 milyard dollarlıq yardım paketində təxminən 6 milyard dollar qalır ki, bu da ABŞ-ın silah və təchizat üçün ayırdığı maliyyənin yayın ortalarına qədər tükənməsi deməkdir.

Elchi.az bu barədə Rusiyanın mk.ru saytına istinadən xəbər verir.

Respublikaçı senator Susan Collins təklif edib ki, Bayden administrasiyası maliyyə ilinin sonuna qədər Kiyevə yardımı davam etdirə bilmək üçün Konqresdən əlavə pul istəyəcək.

Öz növbəsində administrasiya rəsmisi təsdiqləyib ki, hazırda Ağ Ev yeni paketi müzakirə edir və bu paket Ukraynaya dəstəyin genişləndirilməsi üçün hazırlanacaq. Bununla belə, administrasiya başa düşür ki, bu, artıq sonuncu paketi təsdiqləyən eyni Konqres deyil və indi yayın sonunda Ağ Evin hər hansı təklifi qiymət tavanı ilə bağlı şiddətli müzakirələrə səbəb ola bilər.

Yeganə