Pentaqon ukraynalı pilotların təliminə başlamağı mənasız hesab edib

71

 

İndi Ukraynanın F-16 qırıcı pilotlarının təliminə başlamağın mənası yoxdur, çünki Ukraynaya təyyarə tədarükü olmaya bilər, ABŞ müdafiə nazirinin müavini Kolin Kahl deyib. Elchi.az RİA Novosti-yə istinadən xəbər verir.

“Məncə, Ukraynanın heç vaxt ala bilməyəcəyi sistemlərdən istifadə üzrə təlimlərə başlamaq mənasızdır”, – deyə nazir müavini qeyd edib ki, qırıcıların çatdırılması, eləcə də pilot hazırlığı ən azı 18 ay davam edəcək.

Pentaqonun rəhbərinin müavininin sözlərinə görə, Ukraynaya qırıcı təyyarələrin tədarükü vacibdir, lakin Ukrayna ordusuna hava hücumundan müdafiə sistemləri, zirehli texnika, artilleriya qurğuları və onlar üçün mərmi şəklində hərbi yardım ən aktual və prioritet olaraq qalır.
Bundan əvvəl Vyanada hərbi təhlükəsizlik və silahlara nəzarət üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov ABŞ və NATO-ya Kiyevə uzaqmənzilli silahların verilməsi ilə bağlı xəbərdarlıq etmişdi. O qeyd edib ki, ABŞ və Şimali Atlantika Alyansı bütün Avropa üçün fəlakətli nəticələrə səbəb ola biləcək səhvə yol verir.

Apreldə Rusiya Ukraynaya silah tədarükü ilə bağlı NATO ölkələrinə etiraz notası göndərib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kiyevə silah daşımalarının Rusiya ordusu üçün qanuni hədəf olacağı barədə xəbərdarlıq edib.

Havar Şəfiyeva