Pentaqon: Şimali Koreyanın Rusiyaya silah dəstəyi Ukrayna müharibəsini uzadacaq

105

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Şimali Koreyanın Rusiyaya silah dəstəyinin Ukrayna müharibəsini uzadacağını və bu dəstəyin günahsız ukraynalıların öldürülməsinə bərabər olduğunu bildirib.
Elchi.az xəbər verir ki, Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq Şimali Koreya lideri Kim Çen Inla Rusiya prezidenti Vladimir Putinin görüşündən sonra dəyərləndirmələr edib.
Şimali Koreyanın Rusiyaya silah vermə ehtimalı ilə bağlı Sinq, “Biz düşünürük ki, bu səbəbsiz müharibədə Rusiyaya dəstək verən istənilən ölkə Ukraynadakı münaqişəni uzatmaqla yanaşı, bu, günahsız Ukrayna vətəndaşlarını öldürməyə bərabərdir”. şərh etdi.
Bu mövzuda daha əvvəl dəfələrlə Şimali Koreyaya xəbərdarlıq etdiklərini xatırladan Sinq, “Şimali Koreyanı Rusiya ilə silah müqaviləsi bağlamaması üçün xəbərdar edirik” dedi.
Rusiyanın müdafiə naziri Seyqey Şoyquya Şimali Koreya ilə birgə təlimlərin keçirilməsi ehtimalı ilə bağlı sual verildikdə, Sinq bunun ABŞ-Yaponiya-Cənubi Koreya münasibətlərinə təsir etməyəcəyini deyib.

Şayəstə Hüseynova