Pentaqon ABŞ-ın Ukraynaya yardımından istifadəsinə nəzarət etmək üçün işçi qrupu yaradıb, çünki artan sayda respublikaçı deputatlar bu vəsaitlərin istifadəsinə daha çox nəzarət edilməsini tələb edirlər. Elchi.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
Mətbuat katibi Meqan Ridin sözlərinə görə, münaqişə başlayandan bəri ilk dəfə baş müfəttişin heyəti Ukrayna ərazisində olacaq.
Pentaqonun baş müfəttişinin hesabatında deyilir ki, ABŞ-ın Ukraynada məhdud mövcudluğu milyardlarla dollar yardımı izləmək imkanında problemlər yaradır. Münaqişənin ilk altı ayı ərzində Kiyevdəki Müdafiə Əməkdaşlığı İdarəsi Ukraynaya verilən hərbi texnikanın son istifadəsinə dair tələb olunan monitorinqi həyata keçirə bilməyib.
Havar Şəfiyeva