Pentaqon: “ABŞ təlim keçməklə ukraynalılara dəstək verir”

97

Birləşmiş Ştatlar ukraynalıların F-16 qırıcı təyyarələrində ABŞ ərazisində təlim keçməsini dəstəkləyir. Elchi.az RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Lloyd Ostin bildirib.

“ABŞ F-16 təlim koalisiyasını öz ərazisində təlimlərlə tamamlayır”, – Amerikanın müdafiə departamentinin rəhbəri Almaniyada Ukrayna üzrə təmas qrupunun açılışı zamanı deyib.

Əlavə olaraq bildirilir ki, ABŞ ilin sonuna qədər ilk ukraynalı pilotların hazırlığını başa çatdıra bilər. Lakin onlar daha sonra cəbhəyə göndərilə biləcəklər, çünki pilotların əlavə texniki xidmət təlimləri üçün Avropaya göndərilməsi lazım olacaq.

Bundan əvvəl Qərb hərbi ekspertlərinin F-16 qırıcılarının Rusiya üçün asan hədəfə çevriləcəyindən qorxduğu məlum olub. Maya Karlinin sözlərinə görə, bəzi analitiklər döyüş təyyarələrinin Ukraynaya döyüş meydanında uğur qazandıracağına şübhə edirlər.

Havar Şəfiyeva