Ermənistanın Baş naziri Nikol Paşinyan xanımı Anna Akopyanla birlikdə Yunanıstana işgüzar səfərə gedib.
Elchi.az News.am-a istinadən xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryanın Feysbuk səhifəsində bildirib.
“Səfər çərçivəsində Ermənistanın baş nazirinin Yunanıstan prezidenti Katerina Sakellaropoulou, baş nazir Kiriakos Mitsotakis və parlamentin sədri Konstantinos Tasulas ilə görüşləri planlaşdırılır”, -deyə məlumatda qeyd olunub.
Yeganə