Ermənistanın baş naziri Nikol Paşinyan ilə Gürcüstanın baş naziri İrakli Qaribaşvili arasında telefon danışığı olub.
Elchi.az bu barədə News.am-a istinadən xəbər verir.
Həmsöhbətlər regionda mövcud vəziyyətlə bağlı məsələləri müzakirə ediblər. Qaribaşvili bildirib ki, regionda sülh və sabitliyin bərqərar olması üçün lazımi səyləri göstərməyə hazırdır. Mövcud problemlərin sülh danışıqları yolu ilə həlli hər iki tərəf tərəfindən vurğulanıb.
Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə təcili müzakirələrə hazır olduğunu bir daha təsdiqləyib.
Yeganə